Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutunun 2016-cı il üçün illik Qlobal Aclıq İndeksini (Global Hunger İndex) açıqlayıb.
Araşdırmada deyilir ki, hər gün təxminən 795 mln.nəfər, o cümlədən uşaqlar ac yatır.
Azərbaycan aclığın səviyyəsinə görə 118 ölkə arasında 9,8 bal toplayıb (2008-ci ildə 15,7). Müqayisə üçün deyək ki, bu problem ən çox Afrika ölkələrində mövcuddur. Birinci yeri (yəni, ən pis) 46,1 balla Mərkəzi Afrika Respublikası tutur.
Digər 6 ölkə də belə acınacaqlı vəziyyətdədir. Pakistan, Tacikistan, Hindistan, Şimali Koreya daxil olmaqla, 40-dan çox ölkədə aclıq səviyyəsinin göstəricisi yüksəkdir.
Azərbaycanla müqayisədə qonşu Gürcüstan və Ermənistanda vəziyyət yaxşıdır. Aclığın səviyyəsi Ermənistanda 8,7 bal, Gürcüstan – 8,3, Rusiya - 6,8, Türkiyə - 5 baldan az.
Aclıq indeksi xroniki aclıq, uşaq ölümü, uşaqlarda çəki azlığı, inkişafın ləngiməsi (yaşa uyğun olaraq) kimi amillərdən asılıdır.
Azərbaycanda xroniki aclıq, doyunca yeməməkdən əziyyət çəkənlərin sayı 2016-cı ildə əhalinin 1.7%-ni və ya 150 min nəfərə yaxınını təşkil edir.
5 yaşına çatmayan uşaqların 3,1%-də boya görə çəki azlığı, 18% -də isə yaşa görə inkişafın ləmgiməsi müşahidə olunur. Uşaq ölümü üzrə göstərici 3.2% təşkil edib.
Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu hər il aclıq indeksini müəyyən edir. Məqsədlərdən biri dünyada bu hala qarşı mübarizə aparmaq və bundan ötrü tədbirləri müəyyən etməkdir.
Ekspertlər müəyyən ediblər ki, aclıq indeksinin yüksək olduğu ölkələr təbii fəlakətlərdən ziyan çəkən, vətəndaş müharibələrinə məruz qalan, iqtisadi sabitliyin olmadığı ölkələrdir.
Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu qeyd edir ki, 2000-ci illə müqayisədə inkişaf etmiş ölkələrdə aclığın səviyyəsi ümumilikdə 29% azalıb. Lakin beynəlxalq qurumların məqsədi 2030-cu ilədək bu problemi kökündən həll etməkdir. Bundan ötrü isə hələ çox işlər görülməlidir, hesabatda qeyd olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?