GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Bosfor boğazında yoxa çıxan rusiyalı üzgüçü ilə bağlı RƏSMİ AÇIQLAMA

Bosfor boğazında yoxa çıxan rusiyalı üzgüçü ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 25-08-2025, 22:12 Bölmə :Dünya Baxış: 241

Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil edilən və ölkənin ən köklü idman tədbirləri sırasında yer alan 37-ci Boğaziçi Qitələrarası Üzgüçülük Yarışı müvafiq qurumlar tərəfindən təmin edilən ən yüksək təhlükəsizlik tədbirləri altında həyata keçirilib.

Bu barədə Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən Bosfor boğazında yoxa çıxan rusiyalı üzgüçü Nikolay Sveçnikovun axtarışları və baş verən hadisə ilə bağlı verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, yarış marşrutu boyunca hər bir üzgüçünün təhlükəsizliyini təmin edilib və onlara davamlı olaraq nəzarət edilib:

"37-ci Boğaziçi Qitələrarası Üzgüçülük Yarışının iştirakçısı, rusiyalı idmançı Nikolay Sveçnikovun yarış zamanı yoxa çıxması faktının aşkarlanmasından sonra komitəmiz və rəsmi qurumlar tərəfindən həyata keçirilən işlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq istərdik.

Sahil Mühafizəsi Komandanlığı, Təhlükəsizlik Baş İdarəsinin Dəniz Bölməsi, Sahil Mühafizəsi, AFAD (Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi), Yanğından Mühafizə İdarəsi, Sualtı Axtarış-Xilasetmə qrupları və özəl qurumlar da daxil olmaqla, ümumilikdə 100 qayıq və dəniz vasitəsi cəlb edilib. Bunlardan 60-ı təhlükəsizlik gəmisi kimi xidmət edib", - deyə açıqlamada bildirilib.

Həmçinin komitə tərəfindən tədbirin xronologiyası da təqdim edilib:

"Yarış saat 10:04-də başlayıb, sonuncu üzgüçü isə saat 10:54-də suya girib.

Qaydalara əsasən, yarış sonuncu üzgüçünün suya girməsindən 2 saat sonra, saat 12:54-də başa çatıb.

Yarışın sonunda donanma rəhbərliyinin təlimatı ilə bütün marşrut ərazisi yoxlanılıb və sahədə hər hansı üzgüçünün qalmadığı ilə bağlı məlumat verilib.

Diskvalifikasiya edilmiş və sudan çıxarılan idmançıların siyahıları birləşdirilərək yoxlama aparılıb və ilkin olaraq 3 üzgüçünün əskik olduğu, daha sonra isə sadəcə 1 idmançının olmadığı müəyyən edilib.

Bu məlumat dərhal Sahil Mühafizə Komandanlığı, Təhlükəsizlik Dəniz Şöbəsi və İstanbul Valiliyinə çatdırılıb, rəsmi hesabatla axtarış-xilasetmə əməliyyatlarının aparılması tələb edilib və dərhal hərəkətə keçilib.

Aidiyyəti qurumlar yarışdan sonra hadisənin aşkarlanmasından bu yana bölgədə axtarış işlərini gücləndiriblər və işlər fasiləsiz şəkildə davam etdirilir".

"Bütün dövlət təhlükəsizlik qurumlarının koordinasiyası və Türkiyənin sayılıb-seçilən qurumlarının da töhfəsi ilə ən yüksək təhlükəsizlik standartlarına uyğun keçirilən yarış zamanı bir idmançımızın itməsi hamımızı dərindən kədərləndirib. Hadisənin aydınlaşdırılması üçün Sahil Mühafizəsi və polis bölmələri tam əməkdaşlıq şəraitində fəaliyyət göstərilir.

Türkiyə Milli Olimpiya Komitəsi olaraq gedişatı şəffaf şəkildə paylaşmağa davam edəcəyik", - deyə komitədən əlavə edilib.

16:08

Türkiyə Hərbi Dəniz Qüvvələri Bosfor boğazında yoxa çıxan rusiyalı üzgüçü Nikolay Sveçnikovun axtarışlarına qoşulub. Axtarış əməliyyatına yalnız idmançının ailəsinin şəxsi müraciətindən sonra başlanılıb.

Bu barədə "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, Nikolay Sveçnikovun həyat yoldaşı 8 aylıq oğlunu Moskvada qoyaraq İstanbula gəlib. Yalnız bu gün (25 avqust) üzgüçünün yaxınları tərcüməçi vasitəsilə İstanbul rəsmiləri ilə əlaqə saxlaya bilib və onlara donanmanın axtarışa cəlb ediləcəyinə söz verilib.

11:36

Rusiyalı üzgüçü Nikolay Sveçnikov Türkiyədə yarış zamanı yoxa çıxıb.

Bu barədə "Gazeta.ru" "Telegram" kanalı məlumat verir.

Məlumata görə, təcrübəli idman ustası "Bosfor-2025" kütləvi qitələrarası üzgüçülük yarışı zamanı gözdən itib.

Nikolay Sveçnikov ilk start götürənlərdən biri olub, lakin təxminən üç min nəfər içində finişə çatmayan yeganə insan o olub və təşkilatçılar yalnız 12 saatdan sonra bunun fərqinə varıblar.

Üzgüçü sahil mühafizəsi, dronlar və dalğıclar tərəfindən axtarılır, lakin axtarışlar hələlik nəticəsizdir. Türkiyənin rəsmi qurumları tərəfindən də araşdırmalara başlanılıb.

SHOT "Telegram" kanalı qeyd edir ki, Bosfor boğazını üzərkən itkin düşən üzgüçü Nikolay Sveçnikovun birinci körpünün yaxınlığında gücü tükənər və ya ayağında qıcolma baş vermiş ola bilər.

İdmançıların dediyinə görə, yarış zamanı onlar kürəyi üstə üzən oxşar adam görüblər. Başqa bir versiyaya görə, onu axın digər sahilə sürüklənmiş olar və ya marşrutun sonuna yaxın qıcolma baş vermiş ola bilər.

İdmançıların sözlərinə görə, bu il güclü əks cərəyan olub. "Bosfor-2025"in iştirakçılarından biri qeyd edib ki, 6.5 kilometri 1 saata və ya 1 saat 20 dəqiqəyə üzməyi nəzərdə tutduğu halda, bu il 1 saat 46 dəqiqəyə başa vura bilib./oxu.az/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada içərisində azərbaycanlıların da olduğu gəmi yoxa çıxıb -YENİLƏNİB

    Rusiyada içərisində azərbaycanlıların da olduğu ...

    25-01-2018, 11:30

  • 
  • Olimpiya çempionundan cəsur pozalar

    Olimpiya çempionundan cəsur pozalar ...

    16-09-2013, 15:43

  • 
  • İstanbulda faciə

    İstanbulda faciə ...

    28-06-2015, 07:31

  • 
  • Rusiyalı idmançının dopinqdən istifadə edildiyi güman edilir

    Rusiyalı idmançının dopinqdən istifadə edildiyi ...

    19-02-2018, 20:07

  • 
  • Beynəlxalq Olimpiya Komitəsinin prezidenti İdman Arbitraj Məhkəməsinin rusiyalı idmançılarla bağlı qərarını tənqid edib

    Beynəlxalq Olimpiya Komitəsinin prezidenti İdman ...

    5-02-2018, 11:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (44)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu