Cənubi Koreya öz silahlı qüvvələrini gələcək hərbi münaqişələrə hazır vəziyyətə gətirmək və "ağılı" standartlara çatdırmaq üçün əlavə vəsait ayıracaq.
Gundemxeber.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Koreya Respublikasının Prezidenti Li Çje Men bildirib.
Li Çje Menin sözlərinə görə, müdafiə büdcəsinin artırılması ordunu gələcək müharibələrə hazır şəkildə formalaşdırmağa imkan verəcək. O qeyd edib ki, Seulun regional təhlükəsizlikdəki rolunu genişləndirmək üçün ABŞ Prezidenti Donald Trampla razılığa gəlib.
Cənubi Koreya lideri ayrıca vurğulayıb ki, Vaşinqtonla birgə iş Koreya yarımadasının nüvəsizləşdirilməsinə (denuklearizasiya) yönəldiləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?