"Sentyabrın 1-dən ATƏT Nazirlər Şurasının Minsk qrupunun və əlaqəli strukturlarının ləğvinə dair tarixi qərarı alqışlayırıq".
Gundemxeber.Az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında yayımlanan bəyanatında qeyd olunub.
"İki ölkənin birgə səyləri nəticəsində mümkün olan bu tarixi qərar Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm aspektlərindən birinə çevrilib", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?