Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs ifadə verib və törətdiyi cinayəti etiraf edib.
Gundemxeber.az-ın xəbərinə görə, bu barədə "UNIAN" "Telegram" kanalı məlumat verib.
O, qətli şəxsi səbəblərdən törətdiyini iddia edib.
"Bəli, mən onu öldürdüm, o, yaxınlıqda idi. Vinnitsada yaşasaydım, Poroşenko olardı. İstəyirəm ki, məni tezliklə mühakimə etsinlər, hərbi əsirlərlə dəyişdirsinlər və mən oğlumun meyitini axtarmaq üçün Rusiyaya gedim", - deyə o bildirib.
Kişi, həmçinin əlavə edib ki, onun Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən şantaj edilməsi barədə məlumatlar həqiqətə uyğun deyil. Və o, Andrey Parubiyi şəxsi səbəblərdən qətlə yetirib.
Xatırladaq ki, Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiy Lvovda silahdan dəfələrlə atəş açılaraq qətlə yetirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?