İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) və İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) Yəhudeya və Samariyada terror aktları törədən "Kətaib əl-Mücahidin" (Mücahid briqadaları) terror təşkilatının liderinin Qəzza zolağında məhv edildiyini açıqlayıb.
Gundemxeber.az-ın xəbərinə görə, bu barədə Newsru.co.il nəşri məlumat verib.
Məlumata görə, Qəzza zolağının mərkəzindəki Nuseyrat bölgəsində yaşayan Misbah Salim Misbah Daiya məhv edilib. O, Qəzzada bu terror təşkilatının əvvəlki üç liderinin məhv edilməsindən sonra bir neçə ay "Mücahid briqadaları" qruplaşmasına rəhbərlik edib.
Qeyd olunur ki, Misbah Daiya təkcə öz qruplaşmasının terrorçularının Qəzzada törətdiyi əməllərə görə məsuliyyət daşımayıb, həm də Yəhudeya və Samariyada hücumların təşkilinə yardım edib.
"Mücahid briqadaları" terrorçuları 7 oktyabr 2023-cü ildə İsrailə hücumda iştirak ediblər. Məhz bu qrupun terrorçuları Nir-Oz kibutsundan Yarden Bibası, həyat yoldaşı Şiri və iki azyaşlı uşağını - həmin zaman doqquz aylıq olan Kfir və beş yaşında olan Arieli qaçırıblar. Yarden Bibas 1 fevral 2025-ci ildə mübadilə müqaviləsi çərçivəsində əsirlikdən azad edilib. Şiri, Kfir və Ariel terrorçular tərəfindən öldürülüblər. Ölənlərin cəsədləri 20-21 fevral 2025-ci il tarixlərində terrorçular tərəfindən İsrailə təhvil verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?