Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilatın Daşkənddə Mərkəzi Asiya üzrə regional ofisinin açılması barədə razılığa gəliblər.
Gundemxeber.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Mirziyoyev və İnfantino arasında bazar ertəsi keçirilən görüşdə tərəflər, ilk növbədə, futbolun təşkili və idarəedilməsi sisteminin transformasiyası, gənc istedadların üzə çıxarılmasına kömək, beynəlxalq səviyyədə məşqçilər, hakimlər, menecerlər, idman həkimləri və texniki mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bundan əlavə, görüşün sonunda Özbəkistan futbolunun beynəlxalq arenada inkişafına və təbliğinə verdiyi şəxsi töhfəyə görə Özbəkistan prezidenti FIFA rəhbəri Canni İnfantinoya yüksək dövlət mükafatı - "Dostluq" ordeni təqdim edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?