HƏMAS hərəkatının liderləri telefonlarını otaqda qoyub namaz qılmağa getdikləri üçün İsrail Hərbi Hava Qüvvələrinin hədəfindən yayınaraq xilas ola biliblər.
Gundemxeber.Az xəbər verir ki, bu iddianı "İsrail Hayom" nəşri irəli sürüb.
Qəzet iddia edir ki, İsrail tərəfi HƏMAS liderlərini onların mobil cihazlarının dalğası ilə izləyib, lakin ikindi namazını qılmağa yollanan HƏMAS liderləri telefonlarını özləri ilə götürməyiblər və bu, son anda onların həyatını xilas edib.
Xatırladaq ki, İsrail ordusu sentyabrın 9-da HƏMAS təşkilatının Qətərin paytaxtı Dohada yerləşən qərargahına havadan zərbə endirib. Əvvəl HƏMAS lideri və təşkilatın idarə heyətinin əsas üzvlərinin öldürüldüyü açıqlansa da, daha sonra məlumat təsdiqini tapmayıb
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?