Gundemxeber.az » Dünya » Putin ölümsüzlüyün sirrinin axtarışındadır – qocalma araşdırmalarına rekord vəsait
Putinin qocalma mövzusuna xüsusi maraq göstərdiyi bildirilir.
Gundemxeber.az xəbər verir ki, “Novaya qazeta Evropa”nın araşdırmasına görə, 2021–2025-ci illərdə Rusiya Elmi Fondu (RNF) qocalma ilə bağlı fundamental tibb sahəsində 43 layihəni dəstəkləyib.
Müqayisə üçün, 2016–2020-ci illərdə bu sahədə cəmi 7 layihə maliyyələşdirilmişdi.
Məlumata əsasən, RNF-in əsas proqramı çərçivəsində illik qrantların həcmi 4–7 milyon rubl (təxminən 48–84 min dollar) təşkil edir. Layihələrin maliyyələşdirilməsi bir və ya iki il uzadıla bilər. 2017-ci ildə isə standart qrantların məbləği daha az idi – 3–6 milyon rubl (36–72 min dollar).
Hesablamalara görə, minimal göstəricilərlə belə, RNF-in qocalma üzrə layihələrə ayırdığı vəsait 2016–2020-ci illərdə 21 milyon rubl (252 min dollar) idisə, 2021–2025-ci illərdə bu rəqəm 172 milyon rubla (2 milyon dollar) yüksəlib.
Gundemxeber.az
9-09-2025, 23:33
12-02-2018, 10:12
6-02-2016, 21:16
27-03-2016, 13:20
18-09-2016, 11:47
Sorğu
Yeni dizaynımız necədir?