Dünya Bankın Direktorlar Şurası 2017-ci ilin iyulun 18-də 2017-ci il Azərbaycanın Abşeron yarımadasında göllərin təmizləmə və bərpası üzrə layihəni müzakirə edəcək.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında deyilir.
Güman edilir ki, bu layihənin qiyməti 100 milyon dollar təşkil edəcək. Onlardan 85 milyonu Dünya Bankın qrupuna daxil olan Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının hesabına, 15 milyon dollar isə ölkə hökumətinin hesabına ödəniləcək.
Layihə Bakının cənub-qərbində yerləşdirilmiş dörd gölü tutacaq - Xocahəsən, Lökbatan, Qırmızı və Qu.
Sorğu
Yeni dizaynımız necədir?