Gundemxeber.az » Dünya » Tramp "Antifa"nı terror təşkilatı elan etdi
ABŞ Prezidenti Donald Tramp "Antifa" hərəkatını terror təşkilatı kimi tanıdığını bəyan edib və bu qrupu maliyyələşdirənlərə qarşı ciddi araşdırmaların aparılacağı ilə bağlı xəbərdarlıq edib.
Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.
"ABŞ-nin çoxsaylı vətənpərvərlərinə bildirməkdən məmnunam ki, mən "Antifa"nı - bu xəstə, təhlükəli, ifrat sol bəlanı - böyük terror təşkilatı elan edirəm", - deyə Tramp yazıb.
Prezident əlavə edib ki, "Antifa"nı maliyyələşdirən şəxslərə qarşı ən yüksək hüquqi standartlara uyğun hərtərəfli araşdırmalar aparılacaq.
Xatırladaq ki, sentyabrın 4-də ABŞ Dövlət Departamenti Ekvadorun "Los Choneros" və "Los Lobos" qruplaşmalarını da xarici terror təşkilatları siyahısına daxil etmişdi. Bununla həmin qruplaşmalara hər hansı maddi dəstək ABŞ-də cinayət əməli sayılır, onların ölkədəki aktivləri dondurulacaq, ABŞ vətəndaşları və şirkətlərinə isə onlarla əməkdaşlıq qadağan olunur.
Gundemxeber.az
29-01-2017, 21:01
24-07-2016, 15:42
18-04-2018, 15:22
24-09-2017, 11:47
23-06-2018, 17:06
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?