ABŞ son iki ildə altıncı dəfə BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ilə bağlı qətnaməsinə veto qoyub.
Gundemxeber.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Vaşinqton növbəti dəfə sənədin əleyhinə səs verən yeganə üzvü olub.
Təhlükəsizlik Şurasının bütün digər üzvləri, o cümlədən daimi üzvlər Rusiya, Çin, Böyük Britaniya və Fransa qətnamənin lehinə səs veriblər.
Qətnamə Qəzzada dərhal, qeyd-şərtsiz və daimi atəşkəsi, eləcə də İsrailin Qəzzaya humanitar yardımın çatdırılmasına qoyduğu bütün məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tuturdu
Sorğu
Yeni dizaynımız necədir?