Qırğızıstan Joqorku Keneşinin (Ali Şura) Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsi bir qrup deputatın respublikanın ali qanunverici orqanının vaxtından əvvəl buraxılması barədə qərarını təsdiqləyib.
Gundemxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, xalq nümayəndələri parlamentin özünü buraxması üçün tələb olunan 32 deputatın imzasını toplamağa nail olublar və müvafiq komitənin üzvləri təşəbbüs qrupunun qərarını dəstəkləyib. Sentyabrın 24-də parlamentin vaxtından əvvəl buraxılması məsələsinə bütün deputat korpusu tərəfindən baxılması planlaşdırılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?