Xəbər verdiyimiz kimi, Cənubi Afrikanın Fransadakı səfiri Emmanuel Mtetva Parisdə faciəli şəkildə həlak olub.
Diplomat "Hyatt" mehmanxanasının 22-ci mərtəbəsindən pəncərədən yıxılmış vəziyyətdə tapılıb.
Fransa prokurorluğunun ilkin açıqlamasına görə, səfirin qaldığı otağın pəncərəsinin təhlükəsizlik mexanizmi qırılıb. Lakin zorakılıq əlamətləri və ya mübarizə izləri aşkarlanmayıb.
Hadisədən az öncə səfirin həyat yoldaşına “üzr və intihar niyyəti” ifadə olunan mesaj göndərdiyi də iddia olunur.
Bu, intihar versiyasını gücləndirsə də, tam qəti qərar verilməyib.
Cənubi Afrika hökuməti ölümü “şok hadisə” adlandırıb və Fransız hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparıldığını bəyan edib.
Buna baxmayaraq, hadisə ilə bağlı hələ açıq qalan suallar çoxdur.
Səfirin son dönəmlərdəki fəaliyyətləri, xüsusən də İsrailə qarşı Beynəlxalq Məhkəmədə qaldırılan soyqırım iddiası bu olayla əlaqələndirilə bilərmi, hələlik bəlli deyil.
Diplomatik dairələr və istintaq orqanlarından gələcək açıqlamalar hadisənin əsl mahiyyətini ortaya çıxaracaq/musavat.com/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?