ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı siyasətində ciddi dəyişikliklərə gedir.
Gundemxeber.Az xəbər verir ki, bu barədə "Wall Street Journal" adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton Ukraynaya Rusiyanın enerji infrastrukturunu hədəf alacaq hücumlar üçün kəşfiyyat məlumatı təmin edəcək. Hazırda isə Kiyevə uzaqmənzilli raket yardımı, o cümlədən "Tomahawk" raketlərinin verilməsi müzakirə olunur.
Məlumata görə, Tramp artıq ABŞ kəşfiyyat qurumlarına və Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı razılıq verib. Rəsmilər bildiriblər ki, bu, administrasiyanın ilk dəfə olaraq Ukraynaya Rusiyanın enerji obyektlərinə qarşı uzaqmənzilli raket hücumlarında açıq dəstək göstərməsi demək olacaq.
Bundan əlavə, ABŞ digər NATO müttəfiqlərini də Ukraynaya oxşar dəstək verməyə çağırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə "Axios"a müsahibəsində Trampdan "Tomahawk" raketləri istədiyini açıqlamışdı. ABŞ Vitse-prezidenti Cey Di Vens isə "Fox News" kanalına açıqlamasında bu tələbə baxdıqlarını təsdiqləmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?