Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.
Məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, mübadilə cari ilin 23 iyul tarixində İstanbulda (Türkiyə) əldə edilmiş Moskva-Kiyev razılaşmalarına uyğun olaraq həyata keçirilib.
Hər iki tərəfdən 185 əsir dəyişdirilib.
"Bundan əlavə, 20 mülki şəxs də vətənə qayıdıb", - deyə nazirlikdən vurğulanıb.
Öz növbəsində Ukraynanın Baş naziri Yuliya Sviridenkonun sözlərinə görə, 2022-ci ildə Rusiya ilə müharibə başlayandan bəri yeddi mindən çox ukraynalı hərbi əsir azad edilərək vətəninə qaytarılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?