ABŞ hakimiyyəti Demokrat partiyasının nümayəndələrinin rəhbərlik etdiyi ştatlara, o cümlədən Nyu-Yorka ayrılan 26 milyard dollar məbləğində maliyyəni dondurub.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar Nyu-Yorkda metro üçün nəzərdə tutulmuş 18 milyard dollarlıq infrastruktur layihələrinə, həmçinin Kaliforniya və İllinoys daxil olmaqla 16 demokratların idarə etdiyi ştatlarda 8 milyard dollarlıq “yaşıl energetika” layihələrinə təsir edib.
Belə addım ABŞ siyasi həyatında olduqca nadir rast gəlinən bir hadisədir. Çünki Amerika sistemində prezidentin sırf bir ştatın Demokrat və ya Respublikaçı olması səbəbindən onun maliyyəsini kəsməsi qeyri-adi sayılır. ABŞ tarixində bənzər hallara yalnız dolayı şəkildə rast gəlinib. Məsələn, federal hökumətlə ştat rəhbərləri arasında müxtəlif məsələlərdə (məsələn, immiqrasiya və ya səhiyyə proqramları) maliyyə qarşıdurmaları baş verib. Ancaq prezidentin açıq şəkildə “siyasi mənsubiyyətə görə” bir neçə ştatın maliyyəsini dondurması presedenti demək olar ki, yoxdur. Bu səbəbdən Tramp administrasiyasının qərarı analitiklər tərəfindən ABŞ tarixində istisna xarakterli bir addım kimi qiymətləndirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?