Mən “özləri edib, özləri də qınayırlar” deyə bilmərəm. Türkiyənin ana müxalifət partiyası CHP-nin keçmiş lideri Dəniz Baykal sükutu pozub və “CNN Türk” kanalında “Tərəfsiz bölgə” proqramında suallara cavab verib. Dəniz Baykal proqramda ona qarşı seks kaseti şantajının Gülən tərəfdarları tərəfindən təşkil edildiyinə inanmadığını deyib: “Bu hadisədən sonra Gülənə yaxın şəxslərdən biri mənə zəng edərək, böyük təəssüf hissi keçirdiyini və Türkiyə siyasəti üçün mənim dəyərli olduğuma inandığını, bu olayı qınadığını və sözlərini səmimi olaraq qəbul etməyimi xahiş etdi. Mən bu səmimi dəyərləndirməni rədd etmək üçün bir əsas görmədim. Buna inandım. Mən “özləri edib, özləri də qınayırlar” deyə bilmərəm”. Xatırladaq ki, 2010-cu il mayın 7-sində CHP-nin millət vəkili Nəsrin Baytok və CHP-nin sədri Dəniz Baykalın seks videosu olduğu iddia edilən görüntülər internetdə yayımlanmışdı. Nəticədə Dəniz Baykal partiyanın sədrliyindən istefa verib, bundan sonra videonu araşdırmaq üçün Beynəlxalq Kriminal Bürosuna göndərib. Büro isə analizlərdən sonra videonu montaj hesab edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?