Hindistanın insan qaynaqlarının inkişafı naziri Şaşi Tharurun xanımı Sunanda Puşkarın meyiti Nyu-Delhi şəhərində oteldə tapılıb.
ANS PRESS yerli mətbuata istinadən bildirir ki, ölümün səbəbləri hələ müəyyən edilir. Hadisə yüksək çinli məmurun məşuqəsi ilə yazışmalarının ortaya çıxmasından bir gün sonra baş verib.
Bir gün öncə isə nazirlə arvadı "Twitter"də nazirin yazışmalarının yayılması ilə başlanan qalmaqalın içinə düşüblər. Nazirin arvadı əvvəl deyib ki, yazıları özü dərc edib. Daha sonra isə bildirib ki, onun akkauntu sındırılıb, özü isə nikahda xoşbəxtdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?