Gundemxeber.az » Dünya » Səhifə 824
ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket hücumları ilə əlaqədar olaraq Donald Trampın Vaşinqtondakı iqamətgahı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
“İran BMT xartiyasının 51-ci maddəsinə əsasən bizim vətəndaşlara və yüksək rütbəli rəsmilərimizə qarşı hücumun qaynaqlandığı bazanı hədəf almaqla proporsional özünü-müdafiə tədbiri görüb və bitirib,” İran xarici işlər naziri Cavad Zərif Twitterdə yazıb.
Amerikanın Avropadakı müttəfiqləri İranın yüksək rütbəli generalının ABŞ tərəfindən öldürülməsinə cavab verəcəyinə söz verməsindən sonra tərəfləri gərginliyi azaltmağa çağırıb. Qasım Süleymani cümə günü Bağdad hava limanında dron hücumu nəticəsində öldürülüb. Bu, Yaxın Şərqdə etirazlara səbəb olub. NATO zorakılıqların artacağına dair
ABŞ Dövlət Katibi Mayk Pompeo Tehranın sülhün qorunması üçün region dövlətlərinin səylərini dəstəkləməkdən imtina etdiyini bildirib. O xüsusilə İranın Talibanla əlaqələrini vurğulayıb.
"Vaşinqton vaxtı ilə 17:30 radələrində İran İraqdakı ABŞ və koalisiya qüvvələrinə 10-dan çox raket atıb. Aydındır ki, bu raketlər İrandan atılıb və Əl-Əsəddə və İrbildə ABŞ hərbçilərini qərargahlandıran azı iki İraq hərbi bazasını hədəf alıb."
ABŞ-ın aviaşirkətlərinə İran, İraq, Fars və Oman körfəzləri üzərindən uçuşlar həyata keçirmək qadağan edilib.
İranın İnqilab Keşikçiləri Korpusu general Qasım Süleymaninin dəfninin ardınca ABŞ-a qarşı vəd olunan qisas əməliyyatına başlayıb.Inqilab Keşikçiləri Korpusu bəyanat yayaraq ABŞ-a qarşı “Şəhid Süleymani” kod adı altında əməliyyatın başladığını elan edib.
Agentlik bildirir ki, parlamentin toplantısından öncə 206 deputat belə bir layihəyə artıq imza atmışdı.
ABŞ B-52 strateji bombardmançılarını Luiziana ştatındakı aviabazadan Hind okeanındakı Dieqo-Qarsia adasına göndərib. Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, bu yerdəyişmə İranın “Əl-Qüds” qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsi əməliyyatından dərhal sonra baş verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?