ABŞ Dövlət Katibi Mayk Pompeo Tehranın sülhün qorunması üçün region dövlətlərinin səylərini dəstəkləməkdən imtina etdiyini bildirib. O xüsusilə İranın Talibanla əlaqələrini vurğulayıb.
Dövlət Katibi general Qasım Süleymaniyə qarşı hücumun "düzgün" olduğunu bildirərək, onun "bir çox amerikalının öldürülməsinə görə məsuliyyət daşıdığını və yeni terror aktları hazırladığını" təkrar bəyan edib.
ABŞ Dövlət Departamentinin rəhbəri müttəfiqləri ilə birlikdə amerikalıları təhdid etməkdə davam edən İrana maksimum təzyiq göstərməyin zəruriliyini vurğulayıb.
Çərşənbə axşamı günü məlum olub ki, Birləşmiş Ştatlar cümə axşamı Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etməyi planlaşdıran İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib. Təhlükəsizlik Şurasının İranla bağlı iclasda iştirakı Cavad Zərifə dünyanın diqqət mərkəzində olmasına və Süleymaninin öldürülməsinə görə ABŞ-ı tənqid etməsinə imkan verə bilərdi.
Sorğu
Yeni dizaynımız necədir?