Bir neçə ay öncədən başlayaraq, ölkəmizdə həyata keçirilən islahatların nəticəsi olaraq 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi qərara alındı.
Onu da bildirək ki, bu seçkiyə xeyli sayda gənc, cəmiyyətdə kifayət nüfuz sahibi olan şəxslər və s. qatılıblar. MSK-dan verilən son məlumatlara görə, 1700 nəfərə yaxın şəxsin namizədliyinin qeydiyyata alınması, bu gün ölkə tarixinə rekord göstərici kimi daxil olub. Namizədliyi qeydə alınmış şəxslərin sosial şəbəkələrin imkanları ilə bərabər, digər rəqəmsal alətlərdən geniş istifadə etmələri də, məhz bu seçki kompaniyasının ictimaiyyət tərəfindən maraqla qarşılanmasına səbəb olmaqdadır. “Təqvim planı”na uyğun olaraq, 88 saylı Göyçay seçki dairəsində qeydə alınmış namizəd Hacıyeva Ləman Amil qızı da, mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, artıq neçə gündür ki, təbliğat-təşviqat kompaniyasını aparmaqda davam edir. Amma, necə?
Məsələnin düşündürücü tərəfi odur ki, YAP-sı tərəfindən namizədliyi irəli sürülmüş Ləman Hacıyeva, apardığı təbliğat-təşviqat kompaniyasını gedişi zamanı seçicilər qarşısında bol-bol vədlər versə də, əslində onun verdiyi vədlərin hər biri boş-boş illüziyalardan başqa bir şey deyil. Adicə bir faktı qeyd edək ki, adı çəkilən bu xanım Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsini daşımasına baxmayaraq, bir neçə gün bundan öncə Göyçayda yaşlı qadını gözüyaşlı qoyur. Söylənilənlərə görə, həmin xanımın oğlunu bir neçə gün bundan öncə rayondakı şadlıq sarayının birində bərk döyürlər və aldığı bədən xəsarətləri səbəbindən, xəstəni MRX-na çatdırsalar da, Ləman Hacıyeva onu xəstəxanaya qəbul etməkdən imtina edir. Bu da onu söyləməyə əsas verir ki, həkimlik fəaliyyətinə başlayarkən “Hippokrat andı”na and içən, amma içdiyi andına sadiq qalmayan Ləman Hacıyeva, yəqin ki, seçicilərə verdiyi vədlərinə də sadiq qalmayacaq. O, halda ortaya belə bir sual çıxır ki, görəsən adicə bir xəstənin qayğısına qalmayan, onun taleyinə biganə yanaşan bu xanım, əgər Milli Məclisə deputat seçilərsə, seçicilərinə qarşı da oxşar münasibətini bəsləməyəcəkmi? Əldə etdiyimiz məlumatlara görə, 88 saylı Göyçay seçki dairəsinin ərazisində yaşayan seçicilər belə qərara gəliblər ki, “Biz səsimizi andına xilaf çıxan şəxsə deyil, andına sadiq olan şəxsə verəcəyik”. Deməli, . . .
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?