Saatlı şəhər M.Əliyev, ev 61 ünvanında yaşayan 6 yaşlı körpə Zəhra Cahangirzadə üçün prezident İlham Əliyevə müraciət edildi.
GundemXeber.Az-a daxil olan məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən körpə Zəhra həkim nəzarətində yaşamağa məcburdur.
Prezidentə müraciət edən Zəhranın babası Allahşükür Cahangirov prezidentdən kömək istəyir:
Cənab prezident!
Nəvəm Zəhra Cahangirzadə 2014-ci ildə anadan olub. 2017-ci ildə onda Xroniki böyrək çatışmazlığı müəyyən olunub. Zəhra 3 saylı Şəhər Klinik Xəstəxanasıda və Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə ilə yaşayır. Üç ildir ki, biz də onunla bərabər əziyyət çəkirik. Nəvəmin böyrəkləri fəaliyyətini itirmək təhlükəsi ilə üz-üzədir.
Zəhranın dərmanlarını almaq üçün çətinlik çəkirik. Mən özüm 1-ci qrup əliləm, başqa yerdən gəlirimiz yoxdur. Saatlı Mərkəzi Xəstəxanasında Zəhraya köçürmək üçün 20 dənə sistem ayrılmalıdır, ancaq biz sistemlərin ikisini xəstəxananın baş həkimi Səidə Şahpələngovadan güclə ala bilirik. Saatlı xəstəxanasının baş həkimi Səidə Şahpələngova deyir ki, “Səhiyyə Nazirliyi bizə dərman vermir, gedin kimə şikayət edirsiniz edin”. Bunlar kimə arxayındırlar cənab prezident?!
Biz də hara müraciət edirik kömək edən tapılmır. Dəfələrlə Zaur Baxşəliyevin və Xoşqədəm Hidayətqızının verlişlərinə müraciət etsək də, ümidimiz boşa çıxdı.
Zəhranın böyrək əməliyyatı üçün Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına müraciət etdik, çox təəssüf ki. ordan da bizə kömək edən olmadı. Övladımız gözümüzün önündə ölümlə üz-üzə qalıb.
Cənab prezident!
Son ümid yerimiz sizsiniz! Sizdən xahiş edirik ki, kiçik Zəhranın həyata qaytarılmasına vəsilə olub, ona müalicə üçün yardım edin. Bizim son ümidimiz sizsiniz, cənab prezident.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?