GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » GündəmXəbər » “Kontak Home” şirkətinin saxta reklamları-İstehlakçı aldığı keyfiyyətsiz malı niyə geri qaytara bilmir?

“Kontak Home” şirkətinin saxta reklamları-İstehlakçı aldığı keyfiyyətsiz malı niyə geri qaytara bilmir?

Tarix: 22-02-2021, 18:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 59
“Kontak Home” şirkətinin saxta reklamları-İstehlakçı aldığı keyfiyyətsiz malı niyə geri qaytara bilmir?


Əsas mövzuya keçməzdən öncə cəmiyyətimiz üçün çox vacib olan bir məsələyə nəzər salaq.

Söhbət istehlakçıların, yəni mal-məhsul alanların, o cümlədən qazdan, sudan, işıqdan istifadə edənlərin və s hüquqlarının qorunmasından gedir.
Beynəlxalq aləmdə bu çox ciddi məsələdir, hətta BMT-nin Baş Assambleyası “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsipləri” müəyyən edib və sivil dünya bunu çoxdan qəbul edib.
İstehlakçı alacağı məhsulun sertifikatını tələb edə bilər, aldığı malı geri qaytara bilər və digər tələblər irəli sürə bilər.
Düzdür, bizim qanunverici orqan da istehlakçıların hüquqları ilə bağlı qanun qəbul edib. Amma...
Birincisi, qanunda istehlakçıların hüquqları ilə bağlı xeyli boşluqlar var. İkincisi, bizdə pis-yaxşı mövcud olan qanunların işləmə mexanizmi bərbad durumdadır.
Sadə bir misal göstərək. İstelkaçının qaza, işığa, suya ödədiyi pul bitən kimi avtomatik xidmət kəsilir. Yaxşı, keyfiyyətsiz qaza, suya görə, yaxud saatlarla, bəzən günlərlə qaz, işıq, su kəsiləndə niyə istehsalçı istehlakçıya-vətəndaşa zərərə uyğun pul ödəmir ?
Axı, qanun istehsalçı və istehlakçı arasında öhdəlikləri nəzərdə tutub. Yəni öhdəliklər ikitərəflidir.
Bir misalla kifayətlənək.
Londonda yaşayan həmyerlimiz deyir ki, bir qoca ingilisdən soruşdum ki, sizdə işıq tez-tez sönür?
Qoca ingilis cavab verib ki, sonuncu dəfə 1943-cü ildə İkinci Dünya müharibəsində alman faşist təyyarələrindən qorunmaq üçün işıqları söndürmüşdülər.
Bu uzun girişdən sonra keçək əsas mövzuya.
Deməli, istehlakçıların ən hüquqlarının pozulduğu sahələrdən biri də “Kontakt Home” mağazalar şəbəkəsidir.
Bir çox elektronika və məişət avadanlıqlarının satışı ilə məşğul olan bu şirkət fırıldaqları, alıcıları aldatması ilə bağlı mətbuatda kifayət qədər yazılıb. Amma faydası olmayıb. Bu şirkətlə bağlı şikayətlər bitmək bilmir.
Təsəvvür edirsiniz, gecə-gündüz televiziyada “Kontakt Home” mağazalar şəbəkəsinin məhsulları reklam olunur və şirkətin guya əhaliyə faizsiz kredit verməsindən bəhs edilir. Reklamda malın üstündəki qiymətin guya müştərilərə 12 ay müddətində faizsiz verildiyi qeyd olunur. Amma əslində 12 ayın pulunu hesablayanda malın üstündəki qiymətdən təxminən 30 faiz baha başa gəlir.
Yaxşı bunun harası FAİZSİZ oldu ?
Dünyanın hansı ölkəsində 30 % kreditlə məhsul satırlar ?
Müştərilər dəfələrlə bu məsələni qaldıranda şirkətin rəhbərliyi cavab verib ki, bu faiz deyil, xidmət haqqıdır, yəni komissiya haqqıdır.
Bu lap pis. 30 faiz xidmət haqqı olar ?
Bu sual da açıq qalır.
Şirkət rəhbərliyi deyir ki, bizdə xidmət haqqı 5-8 faizdir. Bəs yerdə qalan 22-25 faizi kimin ayağına yazaq?
“Kontakt Home” şirkətinin satdığı mobil telefonlar da müştərilər üçün əsl baş ağrısıdır.
Şirkətdən alınan mobil telefonlarda problem yarandığı zaman alıcı işgəncəyə məruz qalır. Belə ki, telefonu “Kontakt Home”-un rəsmi təmir mərkəzinə aparan zaman orada onu get-gələ salırlar və alıcı məcbur qalıb telefonunu başqa servisə aparır. Bu zaman o, həm pulsuz təmirdən məhrum olur, həm də əlavə xərcə düşür.
Şirkətin digər məhsulları da keyfiyyətsiz olanda malı geri qaytarmaq olmur. Bir sözlə, şirkətin müştərilərə yaratdığı problemlər saymaqla bitən deyil.
Bəs görəsən o boyda dövlət qurumu hara baxır.
Söhbət İqtisadiyyat Nazirliyinin nəzdindəki İstehlakçıların Hüquqlarını qorumalı olan Dövlət Xidmətindən gedir.
O Dövlət Xidmətində əyləşənlər maaşı haradan alır?
Əlbəttə, dövlət büdcəsindən. Dövlət büdcəsi necə yaranır?
Əlbəttə, vətəndaşların ödədiyi vergilərdən.
Bəs vətəndaşın hüquqlarını niyə qorumursunuz, cənablar?/gundelik-baku/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Kontakt Home”la əsla kontakta girməyin... - GİLEY

    “Kontakt Home”la əsla kontakta girməyin... - GİLEY ...

    25-05-2018, 17:45

  • 
  • Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var - PROBLEM

    Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var ...

    19-05-2018, 15:45

  • 
  • “”Kontakt Home” hüquqları pozmaqda davam edir, ehtiyatlı olun!”

    “”Kontakt Home” hüquqları pozmaqda davam edir, ...

    12-04-2018, 22:29

  • 
  • Prezident istehlakçı hüquqlarını qoruyan dövlət xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

    Prezident istehlakçı hüquqlarını qoruyan dövlət ...

    29-04-2016, 01:41

  • 
  • Azərbaycanda istehlakçı niyə zay məhsulu qaytarıb pulunu ala bilmir?

    Azərbaycanda istehlakçı niyə zay məhsulu qaytarıb ...

    17-04-2014, 10:01

  • 
  • Halal” “Sab”ın “icarəçisi” “Ozon”un halal olmayan ticarəti

    Halal” “Sab”ın “icarəçisi” “Ozon”un halal olmayan ...

    16-01-2014, 12:05



Bu sayımız

Təqvim

«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728

Arxiv xəbərlər

Fevral 2021 (568)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu