"YAŞAT Fondunda vətəndaş cəmiyyətinin üzvləri və bəzi siyasi təşkilatların nümayəndələri də təmsil olunmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ikinci vətən müharibəsində yaralanan və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan YAŞAT Fondundan danışarkən deyib. O, belə bir fondun yaradılmasına ehtiyac olduğunu bildirib:
"Dünyanın hər yerində yaşayan azərbaycanlıların yardım etmək istəyini biz müharibə vaxtı gördük. Hələ bizim vasitəmizlə də müraciətlər olunurdu və əlimizdən gələn yardımı etməyə çalışırdıq. Amma bunu mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təbii ki, lazımdır. Və bu fondun yaradılması nəticəsində ora toplanacaq vəsaitin şəfaf şəkildə şəhid və qazi ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xərclənməsi təmin ediləcəksə, bu, müsbət dəyərləndirilməlidir. Çünki fondun əsasnaməsində istiqamət müəyyənləşdirilib. Çox yaxşı olardı ki, müşahidə şurasında vətəndaş cəmiyyəti üzvləri, hansının ki, cəmiyyətdə nifuzu var, onlar da təmsil olunsun. Hətta mən deyərdim ki, bəzi siyasi təşkilatların nümayəndələrinin də orada təmsil olunması təmin edilsə, şəffaflıqla bağlı daha ciddi bir addım atılmış olar. Bu fonda yığılacaq vəasitin birbşa şəhid və qazi ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönləndirilməsi əyani şəkildə hər dəfə vətənaşlara göstərilsə, bütün dünyaya tanıdılsa, yardım kampaniyasının sürəti də artacaq. Yəni, yardım etmək istəyənlərin sayında da ciddi artım olacaq. Ona görə də bu istiqamət lazımdır və vacibdir”.
Natiq Cəfərli qeyd edib ki, bu istiqamətdə də müyyən ciddi addımların atılmasına ehtiyac var:
"Amma bu o demək deyil ki, dövlət büdcəsi hesabına dövlətin özünün görəcəyi işlər bundan sonra fonda həvalə edilməlidir. Xeyr, dövlət büdcəsi vergilərlə formalaşır. Dövlət büdcəsindən də bir başa şəhid və qazi ailələrinə yardım və müəyyən güzəştlərin keyfiyyətli tətbiqi nəzərdə tutulmalıdır”. Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (YAŞAT Fondu) yaradılması haqqında" fərman imzalayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?