GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Koronavirusdan müalicə alan gənc: "Çox qorxdum, heç vaxt belə halla rastlaşmamışdım"

Koronavirusdan müalicə alan gənc: "Çox qorxdum, heç vaxt belə halla rastlaşmamışdım"

Tarix: 1-07-2020, 12:24 Bölmə :Müsahibə Baxış: 1 178
Koronavirusdan müalicə alan gənc: "Çox qorxdum, heç vaxt belə halla rastlaşmamışdım"


Hazırda Atletlər kəndində koronavirusa yoluxduğuna görə müalicəsi davam edən 23 yaşlı Elnar Almazovun “Report”a müsahibə verib.

Gundemxeber.Az musavat.com-a istinadən sözügedən müsahibəni oxucularına təqdim edir:

- Necə oldu ki, özünüzdə simptomlar hiss etdiniz və koronavirusa yoluxduğunuza dair şübhələr necə yarandı?

- İlk olaraq demək istəyərdim ki, özümdə simptomlar hiss edənə kimi mən də bu virusa inanmayanlar sırasında idim. Simptomlar ən başda halsızlıq və başağrıları ilə başladı. Səhər oyananda adi qrip kimi hiss etdim. Dedim, çox güman, bir-iki günə keçib gedər. Amma növbəti gün temperaturum yüksəldi. Təxminən 4-5 gün qızdırmam 37.5 dərəcədən aşağı düşmürdü. Bundan sonra psixoloji olaraq ilk ağlıma gələn o oldu ki, bəlkə, mən də artıq koronavirusa yoluxmuşam.

Ətrafımdakılar qorxduğuna görə test vermək qərarına gəldim. Halsız olduğuma görə evdən çölə çıxa bilmirdim. Ona görə evə təcili tibbi yardım çağırdıq. Vəziyyətimi bildirəndə xüsusi həkim briqadası göndərdilər. Məndən analiz götürdülər və ilk testin cavabı çox tez gəldi. Təxminən gecə saat 3-də götürdükləri testin cavabı növbəti günün axşamı gəldi. Testin cavabı da pozitiv çıxandan sonra artıq hər şey qətiləşmişdi və mən artıq koronavirus xəstəsi idim.

- Azərbaycanda koronavirus yayılandan sonrakı müddətdə qoruyucu vasitələrdən istifadə edirdinizmi?

- İlk başlarda bütün qoruyucu vasitələrdən həssaslıqla istifadə edirdim. Misal olaraq, spirt, maska. Sonradan ancaq məcburi hallarda istifadə etdim. Güman edirəm ki, evdən işə qədər olan məsafə çox olduğundan elə yolda da virusa yoluxmuşam.

- Sizinlə yanaşı, ailə üzvlərinizdən də test götürüldümü?

- Valideynlərimlə yaşayıram və onlardan da test götürdülər. Çox şükür, cavab neqativ oldu.

- Test cavabınız pozitiv çıxdıqdan dərhal sonra sizi karantinə götürdülər?

- Test cavabımın nəticəsi pozitiv çıxandan iki gün sonra məni karantinə götürdülər. Həmin gün də növbəti yaxmanı götürdülər və o da pozitiv çıxdı. Əslində, buna görə ilk başda narazılıq etdik ki, elə ilk gündən karantin altına alınsam, daha yaxşı olardı. Xəstə sayının çox olduğunu əsas gətirərək belə etdiklərini bildirdilər. Karantin dövrünü Atletlər kəndində olan binaların birində keçirirəm. Bildiyim qədərilə xəstəliyi yüngül keçirən xəstələri məhz bura yerləşdirirlərmiş.

- Vəziyyətinizin ağır və ya yüngül olmasını öyrənmək üçün harada və hansı müayinələrdən keçdiniz?

- Atletlər kəndində olandan sonra bura gələn xüsusi avtomobilə bənzər nəqliyyat vasitələrinin içərisində olan tibbi avadanlıqlar vasitəsilə rentgendən keçirdilər. Yoxlanışların cavabında səhhətimdə ciddi bir şey olmadığını dedilər.

Açığı özüm də səhhətimdə çox ciddi bir şey olmadığını hiss edirdim. Çünki koronavirusun simptomlardan qızdırma, halsızlıq, başağrısı və dadbilmə qabiliyyətimi itirmişdim. Öskürək və ya nəfəs almaqla bağlı problemim yox idi.

- Neçə gündür, Atletlər kəndində müalicənizi davam etdirirsiniz?

- Artıq 11 gündür ki, burada müalicəm davam edir. İkinci və üçüncü test nəticəm də pozitiv çıxdığından hələlik burdayam. Hazırda 3-cü testimin cavabını gözləyirəm. Onun da cavabı sabaha məlum olmalıdır. Ümid edirəm ki, bu dəfə neqativ çıxacaq və evə buraxılacağam. Yaxma həm burun, həm də boğazdan götürülüb. İlk əvvəl başağrısı çox olduğundan özümlə gətirdiyim ağrıkəsici qəbul edirdim. Rentgen müayinəsindən sonra 4-5 gün müddətində ağciyərlərə xeyri olan dərman preparatı vermişdilər və onu içirdim. Hazırda heç bir dərman qəbulu yoxdur. Artıq xəstəliyin simptomları, demək olar ki, keçib. Əvvəl ən çox halsızlıqdan əziyyət çəkirdim. Elə an olurdu ki, ayaq üstdə dayanmağa taqətim qalmırdı və tək istədiyim özümü çarpayıya çatdırmaq idi ki, yerə yıxılmayım. Artıq sağaldığımı hiss edirəm. Dəqiq 14 gün bitməsindən sonra çıxacağım barədə nəsə deyilməyib. Nə vaxt növbəti testimin cavabı neqativ çıxacaqsa, onda da buraxacaqlar.

- Otaqda sizinlə yanaşı, neçə xəstə müalicə alır? Nəzarət ciddidirmi?

- Təzə gələndə otaqda iki nəfər idik, yanımda olan xəstə sağaldığı üçün onu evə buraxdılar. Təxminən 6 gündür ki, otaqda təkəm. Normalda otaqlar iki nəfər üçün nəzərdə tutulub. Hər gün iki dəfə - səhər və axşam olmaqla yoxlama olur. Otaqlar bir-bir yoxlanır, xəstələrin temperaturu və ürək döyüntüləri yoxlanır. Burada müalicə alan xəstələr üçün hər bir şərait yaradılıb. Gün ərzində 3 dəfə qidalanma, duş qəbul etmək üçün vasitələr və internetə çıxış təmin olunub.

- Karantində olduğunuz müddətdə hansı hissləri keçirdiniz? Evdən və ailədən uzaqda ağrıların çox olduğu günləri necə ifadə edərdiniz?

- İlk 3 gün çox çətin keçdi. Bir yandan halsızlıq, bir yandan da evdən uzaq qalmaq. Xəstə olanda ən çox ananı axtarırsan. Sonra yavaş-yavaş sağaldım. Evdə ayrı otağım olsa da, çölə çıxmağa icazə olmadığı üçün sıxılırdım. Ən qorxduğum an təxminən 5 gün əvvəl özümü çox pis halsız hiss edəndə idi. Özümü tez çarpayının üstünə atdım. Bu an çox qorxdum, çünki heç vaxt belə halla rastlaşmamışdım.

- Koronavirusun olduğuna inanmayan şəxslərə nə tövsiyə edərdiniz?

- Özünüzü düşünməsəz də, immuniteti zəif ola biləcək yaxınlarınızı gözünüzün qarşısına gətirin. "Bəlkə, yoxdur" deyib boş versəniz yox, "bəlkə, var" deyib biraz səbir etsəniz, yaxşı olar.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Britaniya şahzadəsi Çarlz koronavirusa yoluxub

    Britaniya şahzadəsi Çarlz koronavirusa yoluxub ...

    25-03-2020, 22:31

  • 
  • Koronavirusa yoluxan azərbaycanlı gənc: “Heç vaxt belə ağrı hiss etməmişəm”

    Koronavirusa yoluxan azərbaycanlı gənc: “Heç vaxt ...

    27-03-2020, 18:15

  • 
  • Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir? - İDDİA

    Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ...

    29-06-2020, 23:55

  • 
  • Rəksanə koronavirusa yoluxub? - “Dünən səhərə kimi yer-göylə əlləşmişəm“

    Rəksanə koronavirusa yoluxub? - “Dünən səhərə ...

    24-04-2020, 20:47

  • 
  • Azərbaycanın Fransadakı Diasporunun rəhbəri koronavirusa yoluxdu

    Azərbaycanın Fransadakı Diasporunun rəhbəri ...

    26-03-2020, 22:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu