GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Koronavirusa yoluxan azərbaycanlı gənc: “Heç vaxt belə ağrı hiss etməmişəm”

Koronavirusa yoluxan azərbaycanlı gənc: “Heç vaxt belə ağrı hiss etməmişəm”

Tarix: 27-03-2020, 18:15 Bölmə :Cəmiyyət Baxış: 695
Koronavirusa yoluxan azərbaycanlı gənc: “Heç vaxt belə ağrı hiss etməmişəm”


Bu gün ABŞ koronavirus xəstələrinin sayına görə birinci yerdədir. Xəstəlik ABŞ-ın 50 ştatının hamısına yayılıb.

Yazının yazıldığı ərəfədə ABŞ-da xəstələrin sayı 85749 nəfər göstərilib. Bunlardan 1304 nəfəri ölüb, 1868-i isə sağalıb.

Media.Az ABŞ-da koronavirusa yoluxanların ən çox cəmləşdiyi Nyu-Yorkda (38977) yaşayan azərbaycanlı Tural Məmmədovla danışa bilib. Bu yaxınlarda, o, koronavirusu təsdiqlənənlər arasında idi. Xoşbəxtlikdən, Məmmədov xəstəliyi dəf edə bilib.

“Hər şey normal mövsümi qrip və ya soyuqdəymə kimi bəsit şəkildə başladı: Boğazda ağrı, quru öskürək yarandı, tədricən temperatur yüksəldi. Bununla yanaşı, bədənimdə zəiflik, əzginlik və şiddətli ağrı hiss etdim”, – deyə o bildirib.

T.Məmmədovun sözlərinə görə, xəstələndiyi ərəfədə Nyu-Yorkda yoluxmuş insanların sayında kəskin artım olub, xəstəxanalar yoluxan insanlarla dolub:

“Növbədə dayandım, həkim məni müayinə etdi, boğazımdan yaxma götürdü. Sonra virusun təsdiqləndiyini bildim. Temperaturumu salmaq üçün iynə vuruldu. Orqanizmimin susuzlaşmasının qarşısının alınması üçün müəyyən dərmanlar verildi və “C” vitamini inyeksiya edildi.

Etiraf edim ki, amerikalılar hadisələrin bu gedişatına hazır deyildilər. İlk əvvəllər hətta kifayət qədər testlər belə yox idi və yalnız ən ağır xəstələr xəstəxanaya yerləşdirilirdi”.

T.Məmmədov bildirib ki, ona sadəcə respirator-maska verilib, özünütəcrid tövsiyə edilərək, müalicə üçün evə göndərilib:

“Təsəvvür edin, mən bu virusa yoluxan iki filippinli ilə kirayədə qalırdım. Bizə qayğı göstərən, yemək verən yox idi. Biz, ümumiyyətlə ərzaqsız qalmışdıq. Heç kimə yoluxdurmamaq üçün isə ən azı iki həftə özünütəcrid lazımdır. Axı biz nə isə yeməli, nə formadasa müalicə almalı idik. İlk həftə bir dostumuz qapımızda yemək qoyurdu. İkinci həftədə isə maska və əlcək taxaraq özümüz evdən çıxmalı olduq. Ümumilikdə, bir həftə ərzində temperaturum 37.5 – 38.0 dərəcə oldu. İkinci həftə vəziyyət nisbətən düzəlir, artıq temperatur 37 dərəcədən yuxarı qalxmır: ancaq boğaz ağrısı və quru öskürək davam edir”.

Bu müddətdə T.Məmmədov daim zəncəfilli çay içib, “C” və “B” vitaminləri qəbul edib.

“Etiraf edim ki, mən heç vaxt belə ağrı hiss etməmişəm. Elə bil ki, bədənin bütün suyu çəkilir. Boğazda sanki şüşə qırıntıları olur, yaxud iynə batırırlar. Bədən çox ağrıyır. Ancaq əsas ilk həftəyə tab gətirməkdir, sonra vəziyyət yaxşılaşmağa doğru gedir. İndi yenidən yoluxmamaq üçün çox məcbur qalmadıqca evimi tərk etməməyə çalışıram. Deyilənə görə, ikinci dəfə yoluxma halları olub. Bu baş verərsə, yenidən necə tab gətirəcəyimi bilmirəm. Nyu-Yorkda virusa yoluxanlara yardım edənlər çatışmır, heç bir nəzarətin olmaması məni kədərləndirir… Dostlarımdan biri öldü. Həkimlər ona mənzildə özünütəcrid tövsiyə etmişdilər və sonra məlum oldu ki, elə orada dünyasını dəyişib”.

T.Məmmədovun sözlərinə görə, ABŞ-da tibb işçiləri virusun yayın sonuna qədər yayılacağını proqnozlaşdırırlar: “Həqiqi rəqəmlər gizlədilir, testlər, həmçinin xəstəxanalardakı yerlər kifayət etmir. Buna görə insanlara öz mənzillərində təcrid olunmaları tövsiyə edilir. Nyu-Yorkda insanların sayının çox olması vəziyyəti daha da pisləşdirir. Şəhər sözün həqiqi mənasında dolub-daşır”.

T.Məmmədov bildirib ki, indi ölkədə demək olar ki, hər yer bağlıdır. Yalnız böyük marketlər və apteklər işləyir: “Çoxları işlərini itirib və dolanışıq üçün heç bir gəlir yerləri yoxdur”.

Müsahibimin sözlərinə görə, əvvəlcə xəstələndiyi barədə kədərli xəbərlə qohumlarını qorxutmayıb:

“Anamın narahat olmasını istəmirdim. Ancaq sağalma mərhələsində ona söylədim. Bundan sonra, demək olar ki, hər saat mənə zəng etdi. Baş verənlərin fonunda sağalmağımdan ancaq xoşbəxt ola bilərəm”.

“Sağlamlığınızın qayğısına qalın və immunitetinizi möhkəmləndirin, indi bu hər zaman olduğundan daha vacibdir”, – deyə Məmmədov sözlərini yekunlaşdırıb

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada koronavirusa yoluxanların sayı artır – Daha bir nəfər karantinə alınıb

    Rusiyada koronavirusa yoluxanların sayı artır – ...

    5-03-2020, 21:19

  • 
  • Koronavirus: İspaniyada ölənlərin sayı artdı, ABŞ saya görə Çini keçdi

    Koronavirus: İspaniyada ölənlərin sayı artdı, ABŞ ...

    27-03-2020, 16:55

  • 
  • Çin Uhandakı koronavirusun ABŞ-dan gətirildiyini açıqladı

    Çin Uhandakı koronavirusun ABŞ-dan gətirildiyini ...

    13-03-2020, 17:06

  • 
  • Nyu-Yorkda 140 000 xəstəxana çarpayısına ehtiyac var

    Nyu-Yorkda 140 000 xəstəxana çarpayısına ehtiyac ...

    27-03-2020, 16:04

  • 
  • Koronavirusa yoluxan tibb bacısı intihar etdi - FOTO

    Koronavirusa yoluxan tibb bacısı intihar etdi - ...

    26-03-2020, 23:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu