GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Əfv alveri” ilə hansı deputat məşğul olub? - Şübhəlilərin SİYAHISI

“Əfv alveri” ilə hansı deputat məşğul olub? - Şübhəlilərin SİYAHISI

Tarix: 18-09-2020, 14:39 Bölmə :Müsahibə Baxış: 394
“Əfv alveri” ilə hansı deputat məşğul olub? - Şübhəlilərin SİYAHISI


Deputat Elman Nəsirov Prezident yanında Əfv Məsələləri Komissiyasının millət vəkili olan üzvlərindən bir haqqında sensasiyalı ittiham irəli sürüb. O, bu gün parlamentdə bildirib ki, həmkarlarından birinin sürücüsü kimlərisə əfv siyahısına saldırıb.

Komitə sədri Zahid Oruc həmkarının ittihamını şübhə altına alaraq, onun ağır cinayət əməli kimi tövsif olunduğunu, dövlətin əfv siyasətinə xələl gətirimək üçün iddia edilə biləcəyini və məsələnin araşdırılması üçün media nümayəndələrinin də ictimai nəzarət funksiyasını yerinə yetirə biləcəyini vurğulayıb və əgər elə bir sürücünün özfəaliyyəti haqda informasiya təsdiqlənərsə, onun əməlinə heç bir əfv normativinin tətbiq oluna bilməzliyini dilə gətirib.

Doğrudan da əgər Əfv Komissiyasının üzvü olan deputatın sürücüsü əfv siyahısına adam saldırırsa, onun həyat yoldaşının, qardaşının, övladının, yaxın qohumlarının da bu prosesdə iştirak etdiyi şübhə doğurmur. Yəni, belə çıxır ki, əfv siyahılarına Komissiya üzvlərinin şəxsi maraqları əsasında adlar salınıb...

Qeyd edək ki, Nəsirovun açıqlaması əfvetmə prosesində rüşvətin rol oynadığına dair ictimai rəydə uzun illərdir mövcud olan iddiaları da təsdiqləyir. Deputat, həm də ona konkret faktın məlum məlum olduğunu deyir.

Elman Nəsirov "AzPolitika.info"ya açıqlamasında bildirib ki, söhbət Əfv Komissiyasının keçmiş üzvlərinin birindən gedir. O, qeyd edib ki, həmin millət vəkilinin sürücüsü bu haqda ona məlumat verib. Ancaq E.Nəsirov ad çəkməkdən imtina edərək, "əfv alveri” ilə məşğul olan həmkarının adını açıqlamayıb...

Bununla belə, Əfv Komissiyasındakı deputatların sayı elə də çox olmadığından, şübhə altına düşən millət vəkillərini müəyyənləşdirmək elə də çətin deyil.

Xatırladaq ki, hökumətdə aparılan kadr dəyişikləri ilə bağlı Əfv Komissiyasının tərkibi dəyişdirilib. Sentyabrın 8-də Prezidentin imzaladığı sərəncama görə, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri, Fuad Ələsgərov, Gündüz Kərimov, Fikrət Məmmədov, Vilayət Eyvazov, Əli Nağıyev, Allahşükür Paşazadə, Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Sədaqət Vəliyeva, Aynur Sofiyeva, Rəşad Məcidov, Əliməmməd Nuriyev, Bəyimxanım Verdiyeva, Mehriban Vəliyeva üzvləri təyin olunublar. Komissiyanın katibi dəyişməyib, bu vəzifə yenidən Kəmalə İsmayılova həvalə olunub.

8 sentyabra qədər Komissiyanın üzvü olmuş millət vəkilləri Səttar Mehbalıyev, Bəxtiyar Əliyev, Məlahət İbrahimqızı və Elmira Axundova müxtəlif səbəblərdən yeni tərkibdə yer almayıb.

Nəzərə alaq ki, Elman Nəsirov cəmi 5 ildir deputatdır, onun məhz son illərdə Əfv Komissiyasının üzvü olan deputatı nəzərdə tutduğunu söyləyə bilərik.

O, həmin deputatin artiq Əfv Komissiyasının üzvü olmadığı dediyindən, şübhə altında 4 nəfər qalır - Bəxtiyar Əliyev, Səttar Mehbalıyev, Məlahət İbrahimqızı, Elmira Axundova.

Beləliklə, Elman Nəsirovun irəli sürdüyü ittiham adıçəkilən deputatlardan birinə ünvanlanıb. Həmin deputat kimdir, demək çətindir.

Onlardan hələlik yalnız Məlahət İbrahimqızı Elman Nəsirovun fikirlərinə reaksiya verib.

M.İbrahimqızı "AzPolitika.info"-ya açıqlamasında millət vəkilinə "bu cür məsuliyyətsiz" fikirlər səsləndirməyin yaraşmadığını bildirib: "Birincisi, millət vəkili qeybət, dedi-qodu ilə rəsmi tədbirlərdə fikir səsləndirirsə, bu deputat adına yaraşmaz.

İkincisi, əgər faktı bilirsə, beləsi varsa və adını bilirsə, o millət vəkilinin adını çəkməlidir. Çünki Əfv Komissiyasına təkrar salınmayan cəmi 3 deputat var. Tələb edirəm ki, ya adı və faktı səsləndirməli, ya da sözünü geri götürməlidir".

Qeyd edək ki, Elman Nəsirovun irəli sürdüyü ittiham həm də hüquqi məsuliyyət yaradır. Belə məlum olur ki, Prezidentə təqdim olunan siyahılara subyektiv maraqlardan dolayı adlar da daxil edilib. Yəni, əfvə düşməli olanların əvəzinə bir başqası siyahıya salınaraq, azadlığa buraxılması təmin edilib.

Buna görə də Baş Prokurorluğun Elman Nəsirovun açıqlaması ilə bağlı araşdırma aparacağı istisna olunmur./ Azpolitika.Az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Rafael Cəbrayılovun etdiyi yaxşı iş deyil” - İntizam Komissiyasının sədri

    “Rafael Cəbrayılovun etdiyi yaxşı iş deyil” - ...

    25-09-2019, 13:08

  • 
  • Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib

    Azərbaycan Prezidenti yanında Əfv Məsələləri ...

    3-09-2013, 18:59

  • 
  • Gədəbəydə vəzifə uğrunda çəkişmə var... - Deputat qardaşı ilə bağlı iddia

    Gədəbəydə vəzifə uğrunda çəkişmə var... - Deputat ...

    2-10-2018, 16:17

  • 
  • Əli İnsanov və Fərhad Əliyevin adı əfv siyahısına salınmadı

    Əli İnsanov və Fərhad Əliyevin adı əfv siyahısına ...

    26-12-2012, 15:51

  • 
  • “Azərsu” şefi də parlamentdə deputat qrupu qurmağa çalışır

    “Azərsu” şefi də parlamentdə deputat qrupu ...

    7-09-2015, 17:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu