Qormaz Hüseynov özünün “sağ əlini” və daha bir neçə adamını parlamentdə görmək istəyir.
“Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun Sabirabaddan seçkilərə qatılır.
Noyabr ayında keçiriləcək V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yaxınlaşması millət vəkili adına iddialı olan şəxsləri də hərəkətə gətirib. Artıq bir sıra şəxslər müxtəlif dairələrdən deputatlığa namizədliklərini irəli sürəcəklərini bəyan edərək, ortaya iddia qoyurlar. Bu il deputatlığa namizəd olacaq şəxslər arasında bir sıra məmurların və iş adamlarının da adı çəkilir.
PİA.AZ-a özəl mənbələrdən daxil olan məlumata görə “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun adamları bir sıra dairələrdən parlament seçkilərində iştirak edəcək. Belə ki, ölkənin ən böyük dövlət şirkətlərindən birinin sədri olan Qorxmaz Hüseynov parlamentdə özünün deputat qrupunu yaratmaq həvəsinə düşüb. “Azərsu” şefinin nüvə kadrlarından biri olan “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov da seçki marafonuna qatılan şəxslərdən biridir.
Daxil olan məlumatda qeyd olunur ki, Mirzəcan Xəlilov “Azərsu” ASC-nin sədri Qormaz Hüseynovun ən yaxın adamlarından biri hesab olunur və “Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq onun rəhbərlik etdiyi “Azərsutəchizattikinti” ASC tenderlərin qalibi elan olunur. Son 5 ildə bu təşkilat milyonlarla manatlıq tenderlərin qalibi olub. “Azərsutəchizattikinti” ASC-nin həyata keçirdiyi layihələrdə böyük korrupsiyaların həyata keçirildiyini irəli sürən mənbə Mirzəcan Xəlilovla Qorxmaz Hüsenovun bu korrupsiyadan birgə yararlandıqlparını idiia edir.
Bildirək ki, Mirzəcan Xəlilov 2006-cı ildə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsində keçirilən əlavə seçkilər zamanı namizədliyini irəli sürüb. Mirzəcan Xəlilovun bu dəfə namizədliyini böyüyüb başa çatdığı Sabirabad rayonundan irəli sürmək niyyətində olduğu bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?