GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Müsahibə » İsgəndər və Sərdar Həmidovlar sağ olsaydı... - “Atam və əmim Kəlbəcərin azad olunanda sakit qala bilməzdi” - MÜSAHİBƏ

İsgəndər və Sərdar Həmidovlar sağ olsaydı... - “Atam və əmim Kəlbəcərin azad olunanda sakit qala bilməzdi” - MÜSAHİBƏ

Tarix: 7-01-2021, 17:48 Bölmə :Müsahibə Baxış: 57
İsgəndər və Sərdar Həmidovlar sağ olsaydı... - “Atam və əmim Kəlbəcərin azad olunanda sakit qala bilməzdi” - MÜSAHİBƏ


“İki həsrət mənimlə birlikdə qəbirə gedəcək. Kəlbəcər və Rəna həsrəti…” – Bu yanğılı sözlər anadan olduğu doğma diyarını da, çox sevdiyi həyat yoldaşını da vaxtsız itirən Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun dilindən qopanlardır. Kəlbəcər bu gün azaddır, Kəlbəcəri gözüdolusu görə bilmədən dünyadan köçənlərin - İsgəndər Həmidovun da, onun qardaşı, Tərtər özünümüdafiə batalyonunun mərhum komandiri, Tərtərin sabiq icra başçısı Sərdar Həmidovun da ruhu dinclik tapıb.

Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə Modern.az saytına müsahibəsində əmisi və atası ilə bağlı xatirələrindən danışıb:

- Şəhriyar bəy, 44 günlük müharibə vaxtı, torpaqlarımız qarış-qarış azad olunanda hansı duyğuları yaşadınız?

- İlkin olaraq onu deyim ki, müharibənin başlandığı ilk günlərdə xatırlayıram ki, Murovdağ silsiləsinin azad olunması ilə bağlı xəbər yayıldı. Mən həmin vaxt çox təəccüblənmişdim. Çünki Murovdağ silsiləsi 3340 metr hündürlükdə yerləşir. Bu çox inanılmaz bir hadisə idi. Azərbaycan Ordusu qısa bir vaxtda buna nail oldu. Həmin vaxt mənim ağlıma uşaqlıq xatirələrim gəldi. Həmin illərə qayıtdım. Atamın, əmimin vəziyyətini xatırlayıram. Onlar müharibə vaxtı Tərtərdə idilər. Tez-tez O vaxtkı Xanlar rayonu (indiki Göygöl) istiqamətinə gedib Kəlbəcər caamatının köçürülməsinə yardım edirdilər. Mənim üçün ən önəmlisi də o idi ki, baba evim Kəlbəcərin Bağlıpəyə kəndindədir və babamın məzarı oradadır. Bu, mənim üçün böyük əhəmiyyət kəsb edir. Bütün uşaqlıq xatirələrim hamısı gözümün qarşısında canlandı və mən ilk dəfə uşaqlıq xəyallarımın azad olunduğunu hiss etdim. Sanki natamam qalmış həyatımın o hissəsi geri qaytarıldı. Kəlbəcər mən və ailəm üçün çox önəmlidir. Çünki bizim nəslimiz, hər şeyimiz Kəlbəcərlə başlayıb. Kəlbəcərdə mənim 7 nəslim mövcud olub. Mən heç vaxt babamın qəbrini görməmişəm, oradakı evimizdə olmamışam, çünki həmin vaxt müharibə illəri idi. Böyük ümidlə yolların açılma xəbərinin elan edilməsini gözləyirəm. Bununla mən tamamlanmamış hissələrimi tamamlamağa başlayacam.

- Sonuncu dəfə Kəlbəcərdə nə zaman olmusunuz?

- Təxminən 6 yaşım olardı. O zamanlar artıq yol bağlı idi. Biz Murov dağı ilə gedib-gəlirdik. Təkcə Murov yolu var idi. O da çox sıldırım və aşırımları olan yol idi. Biz orayla gedib-gəlirdik. Kəlbəcərdə mənim həyatımın ən önəmli hissələrindən biri olan İstisu yadımdadır. Kəlbəcər şəhərinin, oradakı evimizin bəzi hissələrini xatırlayıram. Natamamlıq dediyim elə həmin hissələrdir. Elə bil ki, illərdir bir-birindən ayrı düşmüş, qopmuş hissələr bir-birinə qovuşdu.

- Kəlbəcərin işğaldan azad olunma xəbərini necə qarşıladınız?

- Müharibənin ilk günlərindən Azərbaycan tək düşüncə halında idi. Mənim də hisslərim digər insanlardən fərqlənmirdi. Gözləyirdim ki, yarım qalmış hissələrimiz yenidən özümüzə qaytarılsın. Kəlbəcərin azad olunma müddəti qısa zamanda uzadıldı. Həmin vaxt içimdə az da olsa, məyusluq yarandı. Lakin Azərbaycan Ordusu Kəlbəcərə daxil olanda, ordan bayraq asıb, videolar paylaşanda bu, artıq möcüzə oldu. Bununla biz artıq öz müqəddəratımızı öz əlimizə almış olduq.
Bu günləri çox istəyərdim ki, əmim, atam da görsün. Çünki onlar illərlə bu arzularla yaşayıblar. Mənim uşaqlığım da cəbhə bölgəsində keçib. Atam Tərtərdə icra başçısı olanda orada baş verənlərin şahidi olmuşam. Müharibənin şiddətini görən və onun içində yaşayan bir insan olaraq ikiqat böyük sevinc hissi keçirirdim. Bütün bunların hamısının fövqündə bircə şeyə əmin oldum ki, ədalət mütləq öz yerini tapır. İnsanların haqqını, əziyyətlərini, xatirələrini qəsb edənlər nə qədər döyüşlər olur olsun, mütləq cavab verəcək. Azərbaycan Ordusu və Ali Baş Komandanımızın sayəsində düşmənin cavabı verildi.

- Təəssüf ki, həm atanız, həm də əminiz Kəlbəcər həsrəti ilə dünyadan köçdülər. Bu gün həyatda olsalar, hansı hisləri keçirərdilər?

- Onlar üçün bu duyğu əvəzolunmaz bir şey olardı. Mən əmimlə söhbət edəndə dəfələrlə mövzumuz Kəlbəcər olub. Kəlbəcərin dağlarının çox qəribə bir təbiəti var. Əmim İsgəndər bəy həmişə deyirdi ki, Tərtərə, Ağdama gedib Kəlbəcərin qoxusunu almağa çalışır. Hətta onun Şamaxıya köçməsinin səbəbi o idi ki, oranın təbiəti Kəlbəcərə bənzəyir. Düşünürəm ki, əmim həyatda olsaydı, o, mütləq Kəlbəcər azad olunan kimi ora gedərdi. Sakit dayana bilməzdi.
1992-ci ildə Azərbaycan Ordusu Ağdərəni azad etdiyi zaman atam və əmim bir-birindən xəbərsiz Kəlbəcərə getmiş, atalarının qəbrinin üstündə görüşmüşdülər. Yəni yol açılan kimi dərhal doğmalarını ziyarət ediblər. Minadan təmizlənməni belə gözləməmişdilər. Düşünürəm ki, onlar sağ olsaydılar, müharibə başlayan ilk gündən döyüşlərdə iştirak etməyə çalışardılar. Burada qala bilməzdilər. Adi vətəndaş kimi də ordumuz üçün əllərindən gələni əsirgəməyəcəkdilər. Atam və əmim doğma Kəlbəcərin azadlığını görsəydilər, istənilən yol ilə mütləq Kəlbəcərə gedəcəkdilər.

- Dediniz, uşaqlığınız Kəlbəcərdə keçib. O xatirələrinizə qayıdaq...

- Atam həmişə danışırdı ki, bizim evin eyvanına çıxanda Tərtər çayının səsi eşidilirdi. Tərtər çayı evimizin yaxınlığında axırdı. Kəlbəcərin işğalı o qədər böyük fəlakət və faciə idi ki... Bununla düşmən bizim həyatımızı, uşaqlığımızı oğurlamış oldu.
İnsanın neçə yaşı olur olsun xatirlərinə edilən təcavüzü ömür boyu unutmur. Atam və əmim həyatlarının sonuna kimi həmin o ağrını yaşayan insanlar idi. Əmimin nazir vəzifəsindən istefa vermə səbəbi Kəlbəcərin işğal edilməsilə bağlı olub. Biz onunla söhbət edəndə demişdim ki, “axı sən daxili işlər naziri idin. Sən ölkə asayişini bərpa etməli idin. Niyə Kəlbəcərdən sonra istefa vermək qərarına gəldin?”. O mənə qısa bir cavab verdi. Dedi ki, “vətənsiz də nazir olarmı heç?!”.
Mən onda başa düşdüm ki, doğrudan da əgər sən bir bölgənin səlahiyyət sahibisənsə, o bölgə işğal edilirsə, artıq sən mənəvi olaraq özündə o gücü görmürsən.

İsgəndər və Sərdar Həmidovlar sağ olsaydı... - “Atam və əmim Kəlbəcərin azad olunanda sakit qala bilməzdi” - MÜSAHİBƏ


Kəlbəcərin işğalı bizim həyatımızın, ömrümüzün 27 ilini aldı. O vaxt bir çox yerlərdə yazırdılar ki, İsgəndər Həmidov emosional biridir. Düşünməli idik ki, bir insanın həyatının 27 ilini qəsb ediblər. O necə emosional olmasın.

Şəxsən mənim - Şəhriyarın həyatından da Kəlbəcər həsrəti 27 il alıb. Bu illərin mənə qaytarılmasına şükür etdim. Düşünürəm ki, bizim gördüyümüz o çətinliklərin hamısı Kəlbəcərin işğalı ilə bağlı idi.

Birinci Qarabağ Müharibəsində atəşkəs elan edilənə qədər biz Tərtərdə qalmışıq. Tərtərdə bizim qaldığımız o bölgə ilə düşmən qüvvələrinin dayandığı mövqe arasında çox böyük bir məsafə yox idi. Bizim evimiz atəşə tutulurdu. Biz o şərtlərlə yaşamağa məcbur olurduq. Və xəbər verilirdi ki, Ağdam, Füzuli, digər torpaqlarımız işğal edildi. Tərtər elə bil o boğazın ətrafında qalmışdı. Ölkə və xalq olaraq ağır günlər yaşayırdıq. Azərbaycanın elə bir təbəqəsi yox idi ki, bundan təsirlənməsin.
Azərbaycan ordusu ermənilərin 30 il işğalda saxladığı əraziləri 44 günə azad etdi. Bütün dünyanın qarşısında sübut olundu ki, bu vətən bizimdir. Bu bizim üçün kövrək bir hadisədir.

Azərbaycanda elə bir insan yoxdur ki, Şuşa deyiləndə hansısa bir kövək hiss keçirməsin. Şuşa bizim Məkkəmizdir.
Gürcüstanın eks-prezidenti Mixayıl Sarkaşvilin müsahibəsinə baxırdım, orada maraqlı bir ifadə işlətmişdi ki, “Şuşa Azərbaycan xalqı üçün Məkkə hesab olunur”. Mən onda başa düşdüm ki, Şuşa bizim daxili aləmimizdir. Bizim insanlığımız, musiqimiz, adətimiz, dilimiz hər şeyimiz oraya aiddir. Bununlada Azərbaycan xalqının mənəviyyatına 28 il qəsb edilib.
Şükürlər olsun, biz indi Şuşada dayanıb Xankəndinə baxa biləcəyik.

- Kəlbəcərə qayıdarkən ilk hara getmək istəyərdiniz?

- Kəndimizə, Bağlıpəyəyə getməyi çox istəyirəm. Babamın məzarı, bizim evimiz də o kənddədir.

- Siz Kəlbəcərdə olan ata-baba evinizinin yerini bilirsinizmi?

- Mən sputnikdən indi yox, illərdir evimizin yerini izləyirəm. Ən birinci xəritənin üzərində kəndimizin yerini tapmağa çalışmışam. Bizim kəndimizində çox az ev olub. Kiçik bir kənd idi. Bütün kənd bir-birinə qohum idi.

- Atanızın və əminizin xatirəsinin əbədiləşdirilməsi üçün Kəlbəcərdə hansısa abidə. xatirə lövhəsi qoyulmasını istəyərdinizmi?

- Mən düşünürəm ki, orada ucaldılmalı olan bircə abidə var. O da Azərbaycanın işğalda olan bölgələri uğrunda canını, qanını fəda etmiş insanların, o naməlum şəhidlərin abidəsidir. Həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində döyüşən, bir çoxlarının adını belə bilmədiyimiz əsgərlərin..

Mənim ən böyük istəyim o olardı ki, Vətən uğrunda candan keçən şəhidlərimizin abidəsi ucaldılsın. Gələcək nəsillərimiz onlara baxıb bilsinlər ki, bizim azad yaşamağımız həmin insanlara görədir.

Bizim şəhidlərin və qazilərin qarşısında xidmət və ehtiramdan başqa edəcəyimiz bir şey yoxdur.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidovun son durumu: komadadır, amma…

    İsgəndər Həmidovun son durumu: komadadır, amma… ...

    18-02-2020, 14:25

  • 
  • İsgəndər Həmidovun vəziyyəti daha da ağırlşadı

    İsgəndər Həmidovun vəziyyəti daha da ağırlşadı ...

    11-12-2018, 13:05

  • 
  • Sərdar Həmidovun evini yardılar

    Sərdar Həmidovun evini yardılar ...

    10-03-2016, 16:39

  • 
  • Sərdar Həmidov Tərtərdə torpağa tapşırılacaq

    Sərdar Həmidov Tərtərdə torpağa tapşırılacaq ...

    29-02-2016, 08:27

  • 
  • MSK İsgəndər Həmidovun şikayətinə baxdı

    MSK İsgəndər Həmidovun şikayətinə baxdı ...

    16-10-2015, 17:15

  • 
  • Cəmil Həsənli İsgəndər Həmidovun çıxış etməməsindən danışdı

    Cəmil Həsənli İsgəndər Həmidovun çıxış ...

    15-12-2013, 19:27



Bu sayımız

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Yanvar 2021 (282)
Dekabr 2020 (582)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (678)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (595)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (353)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu