Bir neçə gün öncə dünyasını dəyişmiş Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidovun Tərtərdəki evi soyulub.
Musavat.com-un məlumatına görə, bu barədə onun oğlu Şəhriyar Məcidzadə facebook sosial şəbəkəsində məlumat verib:
“Az əvvəl yazdığım statusun sərt olduğuna görə xətrini istədiyim dostum yazıb. Artıq neçə saatdır bu barədə düşünürəm.
Tərtərdəyəm evimizdən oğurluq olub. Kimlərsə evimizə girib və evimizi yağmalayıb, yağmalatdırıb. Olduqca gərgin və qəzəbliyəm! Ən qısa zamanda Bakıya gəlib daxili işlər nazirinə və digər qurumlara müraciət ünvanlayacam. Burdan üzümü Azərbaycanın dövlətinə, hüquq mühafizə orqanlarına tuturam. Burdan üzümü bütün media mənsublarına, ziyalılara tutub bildirirəm ki, biz sizin dəstəyinizi gözləyirik. Sərdar Həmidovun təmas xəttinin yaxınlığında yerləşən evindən oğurluq edirlər bu sadə məsələ deyil! Həm də belə bir ərəfədə!
Demək ki, nəbz yoxlayırlar. Kim nəbz yoxlayırsa qanunun ən sərt üzüylə cəzalandırılmalıdır! Sabah ətraflı şəkildə oğurlanan əşyalar və təfərrüatı barədə məlumat yayacam”.
Şəhriyar Məcidzadə qeyd edib ki, axşam olduğu üçün çəkiliş edə bilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?