“İsgəndər Həmidovun mitinqdə çıxış edib-etməməsi ilə bağlı heç bir məhdudiyyət olmayıb. Çıxış etməməsi onun özünün qərarı idi. Özü belə istəyirdi”.
Bu sözləri Milli Şuranın sədri Cəmil Həsənli İsgəndər Həmidovun bu gün keçirilən aksiyada çıxış etməməsi məsələsinə aydınlıq gətirərkən dedi. Onun sözlərinə görə, Milli Şuranın bununla bağlı heç bir qərarı olmayıb.
Xatırladaq ki, İsgəndər Həmidov əvvəlki aksiyalardan fərqli olaraq, bu gün "Məhsul" stadionunda keçirilən mitinqdə çıxış etməyib və bu da sosial şəbəkələrdə müxtəlif versiyaların səslənməsinə gətirib çıxarıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?