Belitunq adası yaxınlığında Air Asia şirkətinə məxsus Airbus A320-200 təyyarəsinin füzelyajının qalıqlarının tapıldığı güman edilir, Asia One portal xəbər verir.
İndoneziyanın axtarış və xilasetmə agentliyi (Basarnas) təyyarə qalıqlarının QZ8501 reysinə məxsus olduğunu təsdiqləməyib.
Bundan əvvəl Sinqapur aviasiyası Malayziyaya məxsus Airbus A320-200 təyyarəsinin Belitunq adası yaxınlığında yerə düşdüyünü bəyan etmişdi. Təyyarənin göyərtəsində 7 ekipaj üzvü və 155 sərnişin var. Sərnişinlərdən 17-si uşaqdır.
10:27
Indonesia AirAsia təyyarəsinin Sumatra sahillərində, Şərqi Belitunq sularında qəzaya uğradığı güman olunur, New Strsits Times yazır.
Əraziyə axtarış-xilasetmə əməliyyatında iştirak edən qüvvələr yönəldiliblər. Bununla belə, təyyarənin düşdüyü dəqiq yer hələ aşkar edilməyib.
08:57
QZ 8501 reysi ilə İndoneziyanın Surabay şəhərindən Sinqapura istiqamət götürən Airbus A320-200 təyyarəsi yerüstü xidmətlə əlaqəni itirib.
Bu barədə Reuters məlumat yayıb.
İndoneziya nəqliyyat nazirliyinin rəsmisi Hadi Mustofanın bildirdiyinə görə, Cakartadakı hava hərəkətinə nəzarət xidməti yerli vaxtla 6:17-də (Bakı vaxtı ilə 3:17) laynerlə əlaqəni itirib.
O, təyyarə ilə əlaqənin kəsilməsindən əvvəl ekipajın nəzərdə tutulmayan marşrutla hərəkət barədə icazə istədiyini də vurğulayıb.
Təyyarə Malayziyanın AirAsia şirkətinin İndoneziyadakı tərəfdaşı olan Indonesia AirAsia aviaşirkətinə məxsusdur. Təyyarənin göyərtəsində 155 sərnişin və ekipaj üzvü var.KİV-in məlumatına görə, onlardan 149-u İndoneziya vətəndaşı, üçü koreyalı, həmçinin Sinqapur vətəndaşı, britaniyalı və malayziyalı var.
Sorğu
Yeni dizaynımız necədir?