Malayziyanın Air Asia şirkətinin təyyarəsi ilə bazar günü əlaqə kəsilib, onun göyərtəsində 162 nəfərə yaxın insan olub. Bu barədə İndoneziyanın Metro TV telekanalı xəbər verir.
İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan Malayziya Air Asia şirkətinin təyyarəsi ilə aviadispetçer xidməti əlaqəni itirib. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib.
İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrutu tələb ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?