GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kriminal qiraət: Cinayət dünyasında ad ala bilməyən deputatın başgicəlləndirən karyerası — I HİSSƏ

Kriminal qiraət: Cinayət dünyasında ad ala bilməyən deputatın başgicəlləndirən karyerası — I HİSSƏ

Tarix: 13-10-2015, 14:08 Bölmə :Ölkə Baxış: 0
Kriminal qiraət: Cinayət dünyasında ad ala bilməyən deputatın başgicəlləndirən karyerası — I HİSSƏ

Azərbaycanın qaranlıq keçmişi olan məmur və deputatlarının saiyahısına nəzər salsaq, ilk öncə onların içərisində ən sürətli sıçrayışla özünü irəli atmış Adil Əliyevi görə bilərik. Gənc yaşda hər kəsə belə sürətlə uğur qazanmaq qismət olmadığından, Adil Əliyevin yaxın və kifayət qədər qaranlıq keçmişinə nəzər salmaq hazırkı vəziyyətdə lap yerinə düşərdi.

Özünün yazdırdırdığı tərcüməyi-halındakı gurultulu uğurlar isə, yalnız və yalnız qaranlıq keçmişinin üstünü örtmək, kriminal keçmişinə pərdə salmaq cəhdlərindən başqa bir şey deyil.

Gəlin başdan başlayaq. 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuş Adil Əliyev sovet dövründə Bakıda orta idman məktəbini bitirib. İdmançı kimi də özünü təsdiq edə bilməyən, fiziki cəhətdən zəifliyi ilə həmyaşıdlarından seçilən Adil Əliyev hərbi xidmətini SSRİ hərbi dəniz qüvvələrində keçib. Bir müddət donanmada qalan Əliyev daha sonra Peterburqdakı dənizçilik məktəbini bitirdikdən sonra Azərbaycana qayıdıb. Yeni yaradılan Azərbaycan ordusunun hərbi dəniz qüvvələrində zabit kimi "düzələn" Adil Əliyevin ulduzu 1994-cü ildən sonra parlamağa başlayıb. Qardaşı Məhərrəm Əliyevin Bakı şəhər baş polis idarəsinə rəis təyin edilməsi ilə Adil Əliyev donanmadakı xidmətini atıb polis orqanlarında ştatdankənar fəaliyyətə başlayır. Başına yığdığı idmançılardan ibarət qoçu dəstəsi ilə o dövrlər şəhərdə terror əsdirən Adil Əliyevin dəfələrlə kriminal "razborkaların" iştirakçısı olduğu həmin vaxtları yaxşı xatırlayanlara məlumdur. Əsasən şəhərin mərkəzi rayonlarında öz kriminal fəaliyyətini davam etdirn Adil Əliyevin dəstəsi bir müddət Nizami rayon 23-cü polis bölməsinin o zamankı rəisi Müşviq Mədətovla neft oğurluğu ilə məşğul olub. Sonralar Müşviq Mədətovla aralarında yaranmış konfliktə görə bu sahədən çəkilən Adil Əliyev "dəstəsi" ilə yeni formalaşmaqda olan orta biznesin üzərinə çökür. Bakının bağ massivlərindən birində "özəl həbsxana" təşkil edən Adil Əliyevin xərac üstündə onlarla biznesmeni və iş adamını bu "özəl həbsxanasında" döyərək işgəncə verdiyi, polisdəki əlaqələri, habelə qardaşının adından istifadə edərək bütün işləri bağladığı da hər kəsə məlumdur.

Həmin illərdə onun şəhərdə bir-neçə dəfə kriminal "avtoritetlərtin" adamları ilə toqquşduğu, razborkaların olduğu və hətta oğru başçıları tərəfindən ölümə məhkum edildiyi də həmin dövrlər şəhər əhalisi arasında ən çox müzakirə edilən hadisələrdən idi. Deputata yaxın olan mənbə məlumat verir ki, həmin illərdə Adil Əliyevin ən böyük arzusu cinayət aləmənidə nüfuz sahibinə çevrilmək və "oğru" adı almaq olub. Amma "avtoritetlərin" birmənalı şəkildə onu qəbul etməməsi Əliyevi bərk məyus edib. Daha sonra kriminal hərəkətlərini polis mundiri ilə maskalayan Adil Əliyev qoçu dəstəsini də polis orqanlarına yeritməyə müəssər olur. Kriminal dünya ilə polis fəaliyyətini sintez edən Adil Əliyev artıq istədiyi adamı tuta, döyə, alçalda, pulunu, malını əlindən ala bilərdi.

1994-cü ildən Səbail rayon rayon polis idarəsinin 39-cu polis bölməsində rəis müavini kimi işə başlayan dəstə başçısı Adil Əliyev bu ərazidəki bütün gecə barlarına, fahişəlik və narkotik alverinə nəzarəti öz əlinə keçirir. Qısa müddət ərzində bütün şəhərdə bu biznesə nəzarəti bərpa edən qoçu rəis müavininin hazırkı biznesinin başlanğıc kapitalını məhz bu sahələrdən topladığı bildirilir. Adil Əliyevin şəxsən iştirakı ilə uğurlu biznesmenlər ciblərinə narkotik atılaraq və ya fahişələr tərəfindən şərlənərək tutulur, daha sonra birbaşa 39-cu bölmədə linc edilərək varı-yoxu, hətta evləri belə əllərindən əllərindən alınıraq küçəyə buraxılırdılar. Əlacsız qalan, yuxarı instansiyalara şikayət etməkdən qorxan onlarla belə insanın məcburiyyət qarşısında qalaraq ölkəni tərk etdiyi haqda həmin şəxslərin özlərinin təsdiqlədiyi faktlar var. Oğurluğu, soyğunçuluğu, reketi peşəkər quldur kimi həyata keçirən Adil Əliyevin dəstəsinin polis mundiri onu daha da qorxunc edirdi.

Artıq şəhərin mərkəzi rayonunda quldur-polis imici qazanmış Adil Əliyev cinayətlərininin üstünün gec-tez açılacağını anlayaraq qardaşının köməyi ilə Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi keçir. Quldur əməllərini burada da özünəməxsus tərzdə həyata keçirməsi qısa müddət ərzində Bakı-Krasnovodsk, Bakı-Şevçenko marşrutu ilə üzən bərələrin boş qalmasına gətirib çıxarır. Bərənin xidmətindən istifadə edən biznesmenlər "Adil Əliyev faizi" ucbatından öz mallarını daha təhlükəli olan Çeçenistan marşurutu ilə aparıb-gətirməyə başlayırlar. Məlumatlara görə, Adil Əliyevin quldur dəstəsi dəniz vağzalında dəfələrlə xərac verməkdən imtina edən şəxsləri vəhşicəsinə döyüblər. Bərələrin boş qaldığını, gəlirin ciddi şəkildə azaldığını görən Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirovun işə qarışması ilə Adil Əliyevi və onun 39-cu bölmədən Bərə polisinə gətirdiyi bandit dəstəsi buradan da uzaqlaşdırılırlar.

Daha sonra nəzarətindəki narkotik şəbəkəsinə görə, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi təyin edilir. Bir neçə il də burada cinayətkar fəaliyyətini polis mundiri altında davam edtidən Adil Əliyev daha sonra başının dəstəsi ilə birlikdə Yasamal polisinə göndərilir. 2003-cü ildə Nərimanov polis idarəsinin 16-cı bölməsinin rəisi təyin edilən Adil Əliyev burada da öz "dəsti-xətti" ilə yaddaşlarda qalır. 2005-ci ildə artıq adının kriminal söhbətlərdə tez-tez çəkildiyini nəzərə alaraq Adil Əliyev polis orqanları ilə vidalaşır.

10 ildən çox müddətdə polis mundiri ilə reket, soyğun, narkotik dövriyyəsindən qazandığı milyonlarla pulu biznesin müxtəlif sahələrinə yatıraraq burada leqallaşdırır. Biznesini qorumaq və düşmənlərindən də qorunmaq üçün siyasi fəaliyyətə başlayan Əliyev 2005-ci ildə Milli Məclisə deputat seçilir. Artıq üç müddətdir ki, Milli Mıclisin deputatı olan kriminal keçmişli Adil Əliyevin yenidən deputat olmaq istədiyi bildirilir.

Növbəti yazımızda Adil Əliyevin nəzarətində olan, çirkli pullar hesabına qurulmuş biznes strukturları haqqında fotolarla ətraflı məlumat verəcəyik.

Ölkə.az, informasiya şöbəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İstefada olan polkovnik Adil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib

    İstefada olan polkovnik Adil Əliyev uzun sürən ...

    1-03-2017, 13:48

  • 
  • Adil Əliyevin Rusiyadakı biznesi təhlükədə

    Adil Əliyevin Rusiyadakı biznesi təhlükədə ...

    21-05-2013, 13:47

  • 
  • Adil Əliyev istefaya göndərildi

    Adil Əliyev istefaya göndərildi ...

    4-02-2020, 13:28

  • 
  • Adil Vəliyevin milyonlarla manatlıq maşın kolleksiyası - FOTOLAR, VİDEO

    Adil Vəliyevin milyonlarla manatlıq maşın ...

    5-10-2015, 21:45

  • 
  • Yaralanan əsgərimizdən XƏBƏR VAR

    Yaralanan əsgərimizdən XƏBƏR VAR ...

    5-09-2019, 15:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu