Əsas şəriki həbs olunan deputatın obyektlərinə əl qoyula bilər
Məlum olduğu kimi, Rusiyanın kriminal paytaxtı hesab olunan Sankt-Peterburq şəhərində tanınmış azərbaycanlı iş adamı, «Milyarderlər ittifaqı»nın Peterburq təmsilçilərindən biri, «qarpız kralı» kimi tanınan İlya (İlham) Əliyev bir neçə ağır cinayət ittihamı ilə həbs edildi. Onu da bildirək ki, Rusiyadakı mənbələr İlya Əliyevin Azərbaycanda da ortaqlarının olması barədə məlumat vermişdilər. İndi isə bu istiqamətdən yeni məlumatlar daxil olub. Rusiyadakı qaynaqlarıdan dia.az saytına daxil olan məlumatlara görə, İlya Əliyev azərbaycanlı deputat Adil Əliyevin Sankt-Peterburqdakı biznesini yönəldən əsas fiqur olub. Doğrudur, son zamanlar şəriklər arasındakı münasibətlərdə gərginlik yaşanmaqda idi. Belə ki, İlya Əliyev davamlı olaraq Adil Əliyevə «elə də ciddi xeyir yoxdur» şəklində hesabat verməsilə ona olan etimadı itirmişdi. Və bu səbəbdən tərəflərin ayrılacağı gözlənilən idi. Son hadisə, yəni İlya Əliyevin həbsi artıq keçmiş «qorotdel» rəisi Məhərrəm Əliyevin qardaşı Adil Əliyevin ayrılıq qərarını verməsini daha da asanlaşdırdı. Məlumatlı mənbənin bildirdiyinə görə, hətta Adil Əliyev Sankt-Peterburqdakı biznesinə yeni rəhbərin təyin edilməsi üçün arayışlara da başlayıb: «Eyni zamanda deputat Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən onun biznesinə əl qoyulma ehtimalından da narahat olduğundan Sankt-Peterburqa səfərə hazırlaşır. Çünki həmin obyektlərin əksəriyyəti İlya Əliyevin adına rəsmiləşdiyindən, rus polisi müsadirə qərarı çıxara bilər». Mənbəmiz onu da əlavə etdi ki, artıq bu məsələ ətrafında ciddi ajiotaj da yaranıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?