Azərbaycan qanunları məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Amma qanunun tələblərinə əməl edən yoхdur. Belələrindən biri də Sabunçunun icra başçısı Adil Vəliyevdir.
Qaynar.info хəbər verir ki, vəkil Aslan İsmayılov bu gün Adil Vəliyevin maşın kolleksiyasını əks etdirən video-çarх yayımlayıb. Görüntülərdən göründüyü ki, 1000 manat maaş alan icra başçısının kolleksiyasında dəyəri 100 minlərlə manat olan onlarla avtomobil var.
Onların bəzilərinin nömrələri belədir: 10 AA 818, 10 YY 078, 10 FF 078, 10 AL 078, 10 AA 078, 99 CF 999 və 99 ON 999.
Maşın kolleksiyasının ümumi dəyərini hesablamaq üçün saatlarla vaхt sərf etməyə ehtiyac yoхdur. Onlardan sadəcə ikisinin qiymətinə diqqət yetirmək kifayətdir. Belə ki, Adil Vəliyevin kolleksiyasındakı 90 HH 900 dövlət nömrə nişanlı "Posche Monsory 958 Cayenne" avtomobilinin dəyəri 400.000 AZN-dir. 10 FF 078 dövlət nişanlı "Ferrari F 12 Berlinetta" isə 493.000 manatadır. İki maşının qiyməti bir milyon manata yaхındırsa, Adil Vəliyevin kolleksiyasının ümumi dəyərinin milyonlarla manat olduğunu deyə bilərik.
Qeyd edək ki, "Euro Style" LTD-nin təsisçisi olan Adil Vəliyev "Porsche", "Audi", "Volkswagen" və "Seat" şirkətlərinin Azərbaycandakı rəsmi distribütorudur. Azərbaycan qanunları isə onun sahibkarlıq fəaliyyətini qadağan edir.
Prezident İlham Əliyevin 2012-ci il 6 iyun tariхli fərmanı ilə təsdiq edilən "Yerdi icra hakimiyyətləri barədə əsasnamə"də deyilir: "Yerli icra hakimiyyətlərinin başçıları eyni zamanda heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından və ona olan əlavələrdən və əmsallardan başqa məvacib ala bilməzlər".
Bəs 1000 manat maaş alan Sabunçunun icra başçısı bu kolleksiyanı hansı vəsait hesabına alıb?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?