Şabran rayonu ərazisində ağır yol qəzası baş verib.
Milli.Az xəbər verir ki, bu gün saat 13 radələrindəŞabran rayonu ərazisində, Bakı-Quba-Rusiya sərhədi yolunda ağır yol qəzası baş verib.
Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, "VAZ" və "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobil ortadan iki hissəyə bölünüb.
Şabran Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, qəza nəticəsində ölən ölmayıb. Amma "VAZ"ın sürücüsü xəsarət alıb. "Mercedes"ə isə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?