Azərbaycan OPEK-in növbəti iclasında iştirak etməyəcək.
Bunu bu gün keçirdiyi brifinqdə energetika naziri Natiq Əliyev deyib.
N.Əliyev deyib ki, Azərbaycan bir neçə dəfə OPEK-in iclaslarında iştirak edib: "Mən OPEK-in iclaslarında iştirak etməkdə bir məna görmürəm. Orada nə bizi dinləyən var, nə də ki, hansısa qərarlara təsirimiz var. Sonda neft hasilatı kvotasının artırılıb-artırılmayacağı ilə bağlı qərar açıqlanır. Ona görə bu iclaslarda iştiraka böyük əhəmiyyət vermirəm. Orada hər hansı sensasiyalı qərar qəbul olunacağını da gözləmirəm" (APA)..
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?