OPEK və OPEK-ə daxil olmayan ölkələrin neft hasilatına nəzarət üzrə Komitəsi neft hasilatının azaldılması üzrə Texniki nəzarət komissiyasının tərkibini təsdiq edib.
Bunu yanvarın 22-də Küveytin neft naziri Assam ar-Marzuk keçirdiyi mətbuat konfransında bildirib.
Komitənin növbəti iclası martın ikinci yarısında Küveytdə keçiriləcək.
Yanvarın 22-də OPEK və OPEK-ə daxil olmayan ölkələrin neft hasilatına nəzarət üzrə Komitəsinin toplantısı keçirilib.
Toplantıdan sonra komitənin yaydığı bəyanatda bildirilir ki, OPEK Katibliyi üzv ölkələrin hasilatı barədə məlumatı növbəti ayın 17-dək təqdim edəcək. Bundan sonra xüsusi komitə bu hesabatı müzakirə edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?