OPEK hasilatın maksimal göstəricisini yalnız neftin bir barelinin qiyməti 70 dollara düşəndə azaltmağı planlaşdırır. Bu barədə Wall Street Journal təşkilata üzv ölkələrin energetika nazirlərinin görüşünə istinadən məluumat yayıb.
«Neftin qiyməti 70 dollara düşəndə OPEK-də həyacan başlayacaq. Çünki biz neftin bir barelinin 100 dollara olduğu şəraitdə yaşamağa öyrəşmişik»- deyə təşkilata rəhbərlik edən şəxslərdən biri bildirib.
Son aylarda OPEK-ə üzv ölkələr neftin qiymətinin azalması ilə bağlı hər hansı tədbir görə bilməyib.
Qeyd edək ki, neftin qiymətinin ucuzlaşması Qərbin sanksiyaları ilə üzləşən Rusiyaya daha çox zərbə vurub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?