GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » DƏRİ-ZÖHRƏVİ DİSPANSERDƏ XƏSTƏLƏRİ ALDADIB "SOYUR"LAR

DƏRİ-ZÖHRƏVİ DİSPANSERDƏ XƏSTƏLƏRİ ALDADIB "SOYUR"LAR

Tarix: 25-02-2016, 16:58 Bölmə :Ölkə Baxış: 0
DƏRİ-ZÖHRƏVİ DİSPANSERDƏ XƏSTƏLƏRİ ALDADIB "SOYUR"LAR

Baş həkim Sahnaz Baxşəliyeva qanunlara məhəl qoymur..

Mətbuat xəbər verir ki, rüşvət, qanunsuzluq, köhnə labaratoriya, saxta arayış, uçuq-sökük otaqlar, etinasız münasibət, kələkbaz baş həkim, bir sözlə hər cür özbaşınalıq...

Söhbət insanların az qala dərisini boğazından çıxardacaq olan, Respublika Dəri-Zöhrəvi Dispanserdən gedir. Səhiyyə sahəsində baş verən qanunsuzluq heç bir qurumdan müşahidə edilmir. İnsanların həyatı məhz bu sahəyə bağlıdır. Ancaq sərgilənən münasibət insanı dəhşətə gətirir. Elə Dəri-Zöhrəvi Dispanserdə digər problemli səhiyyə müəssisələrindən heç də geri qalmır. Ölkə başçısı, prezident İlham Əliyev dəfələrlə müşavirə keçirib, xalqın narazılığını həll etməyə dair göstərişlər versə də, bəzi qurumlar bunu qulaqardına vurur. Prezidentin xalqın rifahı üçün atdığı addımları, vəzifə sahibləri darmadağın edirlər. Məmurlar dövlətə məxsus xidməti vəzifələri, əmək haqqı formasında ayrılan dövlət vəsaitlərini, digər səlahiyyət və imtiyazları öz şəxsi rəyləri əsasında seçdikləri vətəndaşlara təqdim edərək, problemlərə yol açırlar.(yenimerkez)Bir çox elmi, elmi-tədris və müalicə-profilaktik müəssisələrə rəhbərlik səriştəsiz, tez harınlayan, pul görəndə başı fırlanan, lazım olan tələblərə cavab verməyən kadrlara həvalə olunur. Eynən Şahnaz Baxşəliyeva kimi... “9 ildir talana məruz qalan dövlət müəssisəsi” Şahnaz Baxşəliyeva Səhiyyə Nazirliyinin Səhiyyə Xidmətinin Təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. 2008-ci ildən Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi vəzifəsinə təyin edilib. Baxşəliyevanın bu vəzifəyə necə təyin edilməsi faktını gələn sayımızda dərc edəcəyik. İndi isə insanların həyatı ilə necə “çilingağac” oynamasını diqqətə çatdıracağıq. Ancaq bunu qeyd edək ki, bu vəzifəyə nüfuzlu himayədarlarının köməyi ilə təyin edilib. Elə görünən budur ki, talançılığının səbəbi güvəndiyi himayədarlarıdır. Hər kəsə bəllidir ki, səhiyyə nazirinin əmrinə əsasən dövlət müəssisələri 10 ildir, xəstələrə pulsuz xidmət göstərir. Çünki bu müəssisələr dövlət hesabına maliyələşir. Lakin görünən budur ki, Baxşəliyevanın gözü doymur. Baş həkim sanki işçilərinə “xəstələri soyun” əmri verib. Xəstələr burada sözün əsil mənasında “dərisi soyulur”! Pul verməyənlər isə həkimlər tərəfindən rədd edilir. “Məcburi müayinə, dispanserin yeni “yem”ləri” Məlumdur ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi haqqında qanun iyunun 1-dən qüvvəyə minib. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər. Qaydaya uyğun olaraq, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində pulsuz həyata keçirilməlidir. Qanunda dövlət müəssisələrinin qeyd edilməsinə baxmayaraq, özəl tibb mərkəzlərindən bəzilərində də nikahdan öncə tibbi müayinə aparıla bilər. Lakin dövlət müəssisələrində pulsuz olan bu xidmət özəl klinikalarda ödənişsiz deyil. Bu məlumat Səhiyyə Nazirliyi tərəfindən yayılıb. Dəfələrlə vurğulanıb ki, bu müayinələr dövlət xəstəxanalarında pulsuzdur. Nəzərə alsaq ki, siflis, qotur, digər dərizöhrəvi xəstəliklər məhz sözügedən Dispanserdə həyata keçirilir, onda görərik ki, burada qanun pozuntusu kifayət qədərdir. Respublika Dəri-Zöhrəvi Dispanserində müayinədən keçən cütlüklər bildirir ki, onlardan, yoxlanılan hər xəstəlik üçün pul tələb edilir: “Nikah üçün dispanserdən verilən arayış vacibdir. Müayinələr vaxtı pul vermədik. Buna görə bizə arayışı vermirdilər. Toya az qaldığı üçün məcbur qalıb pul verdik ki, arayışı götürə bilək. Toy araya düşdüyü üçün nazirliyə şikayət etməyə fürsət olmadı. Pul verməyəndə deyirlər ki, özəl klinikaya getsəydiniz bir analiz üçün 70 manat ödəyəcəkdiniz, bizə 20 manat verməyə pulunuz yoxdur? Rüşvət istəyən onlardır, utanan biz...” “Nazirin əmri, baş həkimin kələyi” İyun ayından qüvvəyə minən icbari müayinə, Respublika Dəri-Zöhrəvi Dispanserin necə çirkli oyunlar həyata keçirdiyini göstərir. Əldə etdiyimiz məlumata görə, Dispanserin həkimləri cütlüklərdə aşkarlanan xəstəliyi ört-basdır eləmək üçün yüksək məbləğ tələb edirlər. Müayinə toy ərəfəsində həyata keçirildiyi üçün, nə oğlan, nə qız pis vəziyyətə düşmək istəmir. Çünki onlarda aşkarlanan xəstəlik çox ciddi olar və nəticədə nəzərdə tutulan nikah ləğv oluna bilər. Həkimlərlə bu cür sövdələşməyə adətən toyu olacaq qızın ailələri müdaxilə edir. Fikirləşirlər ki, qızda aşkarlanan siflis onları biabır edə bilər. Buna görə də, sağlam olduqları ilə bağlı arayış almaq üçün yüksək məbləğ ödəyirlər. Bu kələkbazlığı həyata keçirən həkimlərdir, qol çəkən isə baş həkim Şahnaz Baxşəliyeva. Pulun yoxdursa bütün ağır diaqnozlara hazır ol! Bəzi pasientlər bildirir ki, pul verməyən də səhv diaqnoz qoyulur: “ Respublika Dəri-Zöhrəvi dispanserindən razı qalan adam görməmişəm. Dərimdə yaranmış kəskin səpkilərlə bağlı Gülnar həkimin qəbulunda oldum. Özü müayinə zamanı pul istədi, vermədim. İkinci dəfə istəməyə üzü gəlmədi, məni labaratoriyaya göndərdi. Orada işləyən qız dedi ki, 20 manat ödəməlisən. Pulum olmadığını, dövlətin müəssisəsi olduğunu xatırlatdım. Bir söz deyə bilmədi. Mənə qotur diaqnozu qoydular. Daha sonra özəl klinikalardan birinə üz tutdum. Məlum oldu ki, kəskin allergiyam var. Sarı və qırmızı meyvə tərəvəzdən dərim bu günə düşürmüş. Nazirliyə şikayət etdim. Amma baxan olmadı”. Digər şikayətçi isə 3 yaşlı oğlunun müayinəsi üçün pul tələb ediblər. Qarşı tərəf yalnız qəbz əsasında pul ödəyəcəyini deyib. Nəticədə mübahisə və səhv diaqnozla qarşılaşıb. Şahnaz Baxşəliyevanın baş həkim təyin olunmasından sonra sözügedən dispanserdə vəziyyət son dərəcə acınacaqlı hal alıb. İlk növbədə dəri-zöhrəvi xəstələrinin müalicəsi zamanı onlara verilən dərmanların keyfiyyətsiz olması səbəbindən Respublika Dəri Zöhrəvi Dispanserə müraciət edən şəxslər arzuolunmaz durumla üzləşməli olurlar. Bu müəssisədə xəstələrin qeydiyyata alınması halları da, aldığımız məlumatlar arasındadır. Dispanserə gələn xəstələr əksər hallarda birbaşa konkret həkimlərin qəbuluna yönəlirlər. Müalicə haqqının ödənişi də nəğd şəkildə, yerində həyata keçirilir. Sonradan isə, vəsaitlər yenə də nağd şəkildə yığılaraq müəssisənin rəhbərinə təqdim olunur. Bu yığımı müəssisənin “katibəsi” və İlqar adlı bir əməkdaş həyata keçirir. Qeyd edək ki, Oqtay Şirəliyev 2008-ci ildə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətin ləğvinə dair əmr imzalayıb. Həmin əmrdə göstərilib ki, 2008-ci il fevral ayının 1-dən etibarən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilir. Həmçinin qeyd olunub ki, səhiyyəyə ayrılan büdcə vəsaitinin ilbəil artırılması, tibb müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin mütərəqqi formalarının tətbiq edilməsi və təsərrüfat mexanizminin təkmilləşdirilməsindən irəli gələn əmrin icrasına dair göstərişlər artıq Səhiyyə Nazirliyinin bütün strukturlarına verilib. Ancaq görünən budur ki, baş həkimin tamahı bütün qanunları üstələyir. Əks halda nazirin əmrini tapdayıb keçməyi gözə almazdı. Şahnaz Baxşəliyevanın qızı Nərgiz isə Zığ Sağlamlıq Mərkəzinin baş həkimidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Respublika Dəri-Zöhrəvi Dispanserində xəstələrin “dərisini soyurlar” – Dəhşətli VİDEO

    Respublika Dəri-Zöhrəvi Dispanserində xəstələrin ...

    16-07-2018, 17:48

  • 
  • 2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb – ŞİKAYƏT VAR

    2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb ...

    11-08-2016, 17:30

  • 
  • Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR

    Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - ...

    11-08-2022, 13:51

  • 
  • Sumqayıtda səhiyyə biabırçılığı: prezidentin şəkli altında rüşvət davası düşdü

    Sumqayıtda səhiyyə biabırçılığı: prezidentin ...

    9-01-2015, 13:41

  • 
  • 3 saylı uşaq dəri-zöhrəvi dispanserində bədbəxt hadisə - Gülnarə Cəfərova niyə cərimələnib?

    3 saylı uşaq dəri-zöhrəvi dispanserində bədbəxt ...

    22-07-2024, 23:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu