"Azadlıq" qəzetinin əməkdaşı, AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilov Bakı Baş Polis İdarəsinə çağrılıb. Bu haqda jurnalistin özü məlumat verib. "Bakı Baş Polis İdarəsindən bir nəfər zəng edib, məni saat 17:00 üçün idarəyə dəvət etdi. Çağrılmamın səbəbi izah edilmədi. Dedilər ki, idarədə bilərsən. Mən polisə çağrılmam üçün heç bir səbəb görmürəm, heç təsəvvür də etmirəm."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?