Elitar.Az saytının məlumatına görə, AXCP-nin mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin yazarı Natiq Ədilovun qohumları həbs olunub. Bu barədə Natiq Ədilov özü bildirib: “Bir saatdan çoxdur Sabirabadda yaşayan qardaşım Muradı, dayım oğlu Səbuhini polis həbs edərək şöbəyə aparıb. Bir saatdır çalışmağıma baxmayaraq saxlanmanın səbəbləri barədə polis şöbəsi inadla susur. Bu elə ilk andan ciddi hüquq pozuntusudu, bu işin arxasından da bir “qəbir daşı” sındırma məsələsi çıxsa heç təəccüblənmərəm”. Şəxslərin hansı səbəbdən saxlanıldığı məlum deyil.
***
Son məlumata görə, Murad Ədilov və Səbuhi Nadirov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?