Rusiya rəsmiləri Orxanın tutularkən polisə müqavimət göstərdiyini desələr də, hər şeyi, lentə alan polis kamerası həmin müqavimət kadrlarını nümayiş etdirmədi
İcmal Azərbaycandan Rusiyaya qazanc dalınca getməyə vadar olan aztəminatlı insanların gözünü sındırmaq əməliyyatı bütün dünyanın gözü qabağında aparıldı. Həmyerilimizin amansızlıqla həbs edilməsi, sonra Rusiya Daxili İşlər Nazirinin kabinetinə aparılması və burada numayişkarana şəkildə baş əyməyə vadar edilməsi əslində aydındı ki, nəyə və kimə xidmət edirdi.
Adi bir qətl hadisəsi niyə bu qədər şişirdildi? Və bu hadisə miqrantlara qarşı bir əcinnə ovu təşkil etmiş rejimin doğrudanmı ən vacib problemi idi? Orxan Zeynolovun amansızlıqla müşayiət olunan saxlanılma əməliyyatının çəkilişinin televiziya və sosial şəbəkələrdə səxavətlə yerləşdirilməsi nə məqsəd güdürdü? Beş-altı yekəpər tərəfindən bir nəfərin, özü də artıq köməksiz vəziyyətdə yalvaran bir insanın, hələ günahı sübuta yetrilməmiş, yalnız şübhəli şəxs statusunda olan birisinin bu şəkildə alçaldılması nəyə və kimə lazım idi? Rusiya rəsmiləri bildirirlər ki, Orxan tutularkən polisə müqavimət göstərib, amma hər şeyi, lentə alan polis kamerası nə üçün həmin müqavimət kadrlarını nümayiş etdirmədi.
İndiyədək Rusiya Hüquq Mühafizə Orqanları neçə terrorçu yaxalayıblar. Onların hansı biri bu şəkildə cəmiyyətə təqdim olunub? Axı miqrantlar əsasən Rusiyaya adicə çörək dalınca gələn insanlardır. Onlar baraklarda, zirzəmilərdə kefdən yaşamırlar. Əsirlər kimi əlləri boyunlarının arxasına çatılan bu insanlar Rusiya vətəndaşları olmasalar da hansısa dövlətə məxsusdurlar. Rusiyanın adi mülki şəxslərinin belə bəzən polis funksiyasını öz üzərinə lap kazaklar sayağı götürməsi, kimlərəsə qarşı "Linç" məhkəməsi qurması, qeyri rusların yaşadığı kvartallara soxulması, onların mənzillərini, obyektlərini tar-mar etməsi hakimiyyət orqanları tərəfindən nə üçün təşviq edilir və şüşədən buraxılan ultra millətçi, faşizm cinini sonra kim yenidən geri qaytarıb butulkaya soxacaq?
Sorğu
Yeni dizaynımız necədir?