Dünən redaksiyamızın elektron poçtuna İmişli rayonu, Lətif Vəliyev küçəsi-38 ünvanda yaşayan, keçmiş siyasi məhbus Məhbub Əvəz oğlu Zülfüqarlının müxtəlif dövlət qurumlarının rəhbər şəxslərinə, yəni Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə, Səhiyyə naziri cənab Oktay Şirəliyevə, Vergilər naziri cənab Mikayıl Cabbarova, Ekologiya və Təbii Səvətlər naziri cənab Muxtar Babayevə və Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzliyə yazmış olduğu şikayət ərizəsinin bir surəti “Gündəm Xəbər” redaksiyasının elektron poçtuna daxil olub.
Adı çəkilən şəxs redaksiyamıza yazmış olduğu ərizəsində qeyd edir ki, “Bir müddət bundan əvvəl İmişlidə baş verən korrupsiya, rüşvətxorluq, yiyəsizlik, biganəliklər və s. kimi halların varlığı barədə şikayət ərizələri göndərmişdim. Hesab edirdim ki, sadaladığım faktlarla bağlı lazımi tədbirlər görüləcək, satilmış parklar, xiyabanlar, örüş yerləri təftiş olunacaq, mərhum prezident Heydər Əliyevin adına olan parkı satanlar, Şəhidlər Xiyabanının adını inkar edənlər məsuliyyətə cəlb olunmasalar da, ən azından ictimayət qarşısında məzəmmət olunacaqlar. Səlahiyyət sahibi olan qurumlar tərəfindən zamanında tədbir görülsəydi, yerlərdəki “kiçik padşahlar” tənbeh olunsaydılar, yəqin ki, o halda ciddi dəyişikliklər baş verərdi və mənim adım da siyasi məhbuslar sırasında yer almazdı. Baş verənlərlə bağlı məlumatınız olsun ki, “SPACE” tv-də “dərdinizi bizə danışın” verlişində fəhlə bir qadının İmişlidəki Spirt və Konyak zavodunda “Azər Alko” MMC-də avtokarla vurulub öldürülməsi, həmçinin baş verən faciənin 13 gün ərzində gizlədilməsi, guya ki, həmin qadının ürəktutmasından dünyasını dəyişməsi barədə arayış verənləri ifşa edən, fəryad qoparan qadının ailə üzvlərinin verlişinə mən də baxdım. Məni beş ay müddətinə azadlıqdan məhrum etdirən, məhz həmin zavodun sahibi idi. Aiilə üzvülərinin razılığı ilə və onların bildirdikləri faktlarla bağlı araşdırmalar apararkən dəhşətə gəldim. Vergilər Nazirliyinə “qara mühasibat” barədə verdiyim və KİV-də dərc etdiyim faktlar lazımınca araşdırılmadığından, adı çəkilən müəssisənin sahibi “üstümə gəldi” və məhkəmədə “qara mühasibat” faktını böhtan kimi “qiymətləndirdilər”. Həbsimdən sonra Ekologiya nazirliyi mənə məktub göndərdi ki, “zavodda təmizləyici qurğu olmadığından çirkli maddələr 200 kvm-lik sahəsi olan qazılmış dərəyə tökülür və xoşagəlməz iy-qoxu verir. Ekologiya nazirliyi 2015-ci ildə mənə göndərdiyi məktublarında qeyd edirdi ki, “təmizləyici qurğu 2016-cı ildə ki, 2017-ci ildə, 2017-ci ildə isə yazırdılar ki, 2018-ci ildə quraşdırılacaq”. Hətta, onlar sanki zavod sahibinə “təmizləyici qurğunu quraşdırın və yaxamızı imişlilərin əlindən alın” deyə yalvarırdılar.
Sonda onlar naəlac qalıb Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməyimlə bağlı mənə məktub ünvanladılar. “SPACE” tv-dəki verlişdən, mərhumun ailə üzvlərinin şikayət məktublarından, mənə bildirdikləri faktlardan məlum oldu ki, avtokarın zərbəsi səbəbindən dünyasını dəyişən qadın həmin müəssisədə müqaviləsiz işləyib və adı elektron sistemə yerləşdirilməyib. Əmək qanunvericiliyinin şərtlərinə görə, əgər şəxsin istənilən müəssisədə və digər sahələrdə çalışması haqda lazımi məlumatlar elektron sistemə yerləşdirilməyibsə, deməli onun heç bir hüququ əsası yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin 14 saylı ərazi idarəsinin rəisi mərhumun ailə üzvülərinə “zavod (MMC) İmişli məhkəməsinə verilib” deyə məktub ünvanlayır. O halda sual oluna bilər ki, niyə İmişli məhkəməsinə?! Axı, hüquqi şəxslərlə bağlı məsələlərə İnzibati-İqtisadi Məhkəmələrində baxmalıdır. Əslində Nazirliyin əmək müfəttişliyinin əməkdaşları mərhumun ailə üzvülərinin şikayətlərini əsas götürməli və İmişli rayon Prokurorluğunun təqdimatı əsasında zavodu yoxlamalı və “qara mühasibatlığı”, “paket sistemi”ni Vergilər nazirliyi ilə birlikdə qaydaya salmalıdır. 14 saylı Əmək müfəttişliyinin əməkdaşları tərəfindən mərhumun ailə üzvlərinə göndərilmiş məktub imzalayan rəisin adını, soyadını oxuduqca sanki şoka düşdüm. Yəni, rəis Şahin Əzimov idi ki, o, 5-6 ay bundan əvvəl zavodun təsisçisi Saleh Səmədovun işlətdiyi meterologiya agentliyinin İmişli rayon şöbəsinin rəisi idi. Bu gün üzümü Sahil Babayevə tuturam və bildirirəm ki, İmişlidən olan müavininizə başa salın ki, əmək müfəttişi üzrə mütəxəssis yetişdirmək üçün illər ərzində vaxt lazımdır. Hər şöbə rəisindən, iqtisadçıdan, RİH başçısının müavinindən və s. əmək müfəttişiliyi üzrə rəisi olmaz. Hansı şəxsin rəis olması üçün bir çox meyarlardan istifadə olunmalıdır.
Mən nə “sandıq açan”, nə də ki, “pambıq tökən”lərdən şəxslərdən deyləm və sadəcə olara hər kəsi xəbərdar edirəm. Yəni, buna mənim haqqım çatır, Şahin Əzizovla da heç bir düşmənçiliyim yoxdur. Sadəcə olaraq qanunlara əməl etmək hər kəsin borcudur. Mən İmişli MRX baş həkiminin Saleh Səmədovun və deputat Əsabil Qasımovun qohumu olması barədə məqalələr dərc etmişdim. “SPACE” tv sağ olsun! 13 gün mərhum qadının ölüm faktı İmişlinin həkimləri tərəfindən gizlədilmişdi. Hansı ki, həkimlər həmin xanımın ürəktutması nəticəsində dünyasını dəyişməsi faktı ilə bağlı diaqnoz qoymuşdular, baş həkim də yazılmış diaqnozu təsdiqləmişdi. Əgər baş verən olayla bağlı sənəd prokurorluqda yoxdusa və ya aradan götürülübsə, demək cavabdehliyi prokurorluq əməkdaşları daşıyırlar. Ötən məqalələrimin birində Meterologiya agentliyinin İmişlidəki təmsilçisi Şahbaz Həsənovun işdən çıxarılması səbəblərini dərc etdikdən sonra, görünür o, ağasının təpkisi əsasında mənə qarşı naxələflik etməyə başladı. Yəqin ki, hələlik söyüşlə başlasalar da, sonra mənimlə şərəf və ləyaqət, böhtan davasına başlacaqlar. Gecə məktəbini qurtaranlar mənimlə şərəf və ləyaqət davalarını çox ediblər. Nə qədər ki, “qara mühasibatlıq” var və olaraq da qalacaq, deməli o halda şərəf və ləyaqət davası davam edəcək. Bu məqaləni məlumat üçün sizə yazdım. Xahiş edirəm ki, adlarını hallandırdığım nazirliklərin rəhbər şəxsləri, bu şəxsləri xalqa yalan ifadələr verməkdən çəkindirsin və faktların lazımınca araşdırılması üçün Baş Prokurorluq və Daxili İşlər nazirliyi müvafiq addımlarını atsınlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?