GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Siyasət » İlk anlaşmadan iki ay sonra: İkinci raund nə ilə nəticələndi? - GƏLİŞMƏ

İlk anlaşmadan iki ay sonra: İkinci raund nə ilə nəticələndi? - GƏLİŞMƏ

Tarix: 13-01-2021, 12:02 Bölmə :Siyasət Baxış: 31
İlk anlaşmadan iki ay sonra: İkinci raund nə ilə nəticələndi? - GƏLİŞMƏ


İkinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatdan düz iki ay sonra ölkə liderləri Moskvada görüşdülər. Yanvarın 11-də Kremldə Rusiya Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bir araya gəldilər. 4 saatdan artıq çəkən üçtərəfli görüşün açılışında Rusiya Prezidenti açıqlama verdi. O, tərəflərin 2020-ci ilin 10 noyabrında imzalanan bəyanata uyğun davrandıqlarını bildirdi, Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində təmasları əhəmiyyətli saydı. Bundan sonra üçtərəfli görüş qapalı şəkildə keçirildi.

Görüşdən sonra liderlərin imzaladığı və 4 bənddən ibarət olan ikinci bəyanat ortaya çıxdı. Sənəddə, əsasən kommunikasiyaların açılmasından, bunun reallaşması üçün işçi qrupunun yaradılmasından bəhs olunur. Bununla yanaşı, liderlər mətbuata bəyanatla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev kommunikasiyaların açılmasının əhəmiyyətindən, qonşuluq münasibətlərinin bərpasının önəmindən bəhs etdi. Azərbaycan lideri onu da qeyd etdi ki, artıq Qarabağ münaqişəsi keçmişdə qalıb, inkişaf üçün gələcəyə baxılmalıdır. Ermənistanın Baş naziri isə hərbi əsirlərin qaytarılması məsələsinin hələ də qaldığını deməklə yanaşı, bildirdi ki, Dağlıq Qarabağın statusu müzakirə olunmalıdır.

Liderlərin Moskva görüşü ilə bağlı analitiklər bildirirlər ki, bu görüş vacib əhəmiyyət kəsb edirdi və bundan sonra keçiriləcək görüşlər üçün stimul ola bilər.

Moskva görüşü və mətbuata açıqlanan məsələləri AYNA-ya şərh edən siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov deyib ki, nəticə olaraq, bir sıra məsələlərin Azərbaycanın xeyirinə həll edildiyini söyləmək olar: “Mətbuat konfransından da göründüyü kimi, Paşinyan qanı qara, əhvalsız idi. Bu, onu deməyə əsas verir ki, Ermənistan qarşısına qoyduğu məqsədlərin heç birinə nail olmayıb. Ermənistanın Baş naziri bir neçə gün əvvəl hərbi əsirlərin qaytarılması məsələsinin İrəvan üçün vacib əhəmiyyətə malik olduğunu söyləmişdi. Moskva görüşündən sonra isə bildirdi ki, hərbi əsirlər məsələsi həllini tapmayıb”.

“Demək olar ki, bu mənada da Moskva səfəri Paşinyan üçün uğursuz olub. Əvəzində isə Azərbaycan Prezidenti bağlı qapılar arxasında bir sıra aktual məsələlərə toxunaraq, onların Azərbaycanın lehinə həllini Rusiya və Ermənistan rəhbərliyi ilə razılaşdırıb. Təbii ki, bu məsələlər ilk növbədə Qarabağda qalan erməni hərbi dəstələri və Rusiya sülhməramlılarının funksiyaları ilə bağlı olanlardır. Mətbuata verilən birgə bəyanata əsasən də, onu demək olar ki, hələlik üçtərəfli, gələcəkdə isə altıtərəfli iqtisadi layihələrin reallaşması istiqamətində səylər artırılacaq. Bir müddətdən sonra kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması istiqamətində işçi qruplar fəaliyyətə başlayacaq. Bu, bizim üçün əhəmiyyətli məsələdir”, - ekspert bildirib.

“Əsas məsələlərdən biri də ondan ibarətdir ki, Naxçıvan blokadadan çıxır, Azərbaycan Mehri dəhlizi vasitəsilə Naxçıvana, oradan da Türkiyəyə birbaşa avtomobil və dəmiryol vasitəsilə gediş-gəlişə nail olur”, - deyə analitik vurğulayıb.

Z.Məmmədovun fikrincə, ümumi şəkildə onu deyə bilərik ki, ötən il imzalanan 10 noyabr bəyanatı Moskva görüşündə daha da möhkəmləndirilib: “Hesab edirəm ki, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli dialoq mütləq şəkildə davam edəcək. Bundan sonrakı görüşlərdə bu gün razılaşdırılan məsələlərin həllinin bitdiyinin şahidi olacağıq. Əlbəttə, 4 saat qapalı keçirilən görüşün əksər detalları mətbuat konfransında açıqlanmadı. Bu, başadüşülən haldır. Çünki Ermənistan Baş nazirinin ölkəsi daxilində vəziyyəti o qədər də yaxşı deyil. Bunun nəticəsi idi ki, Paşinyan mətbuat konfransında pessimist çıxış etdi. Məlumdur ki, əsirlər və cəsədlər məsələsində erməni cəmiyyəti onun üzərinə gəlir. Eyni zamanda, status məsələsini də qaldırdı ki, cəmiyyətdə bir az sakitlik yaratsın. Yəni, o, çıxışını Ermənistan daxilində sakitlik yaratmağa hesabladı. Reallıqda isə onun heç bir istəyi qəbul edilməyib. Moskvada məğlub tərəf olan Ermənistana yeri bir daha göstərildi”.

Politoloq Ceyhun Əhmədli də AYNA-ya deyib ki, Moskva görüşünün əsas nəticəsi o oldu ki, regionda nəqliyyat-kommunikasiya xətləri tezliklə bərpa olunacaq: “Bu da o deməkdir ki, Naxçıvanla birbaşa quru dəhlizin yaranması artıq reallaşmaq ərəfəsindədir. Bundan başqa, Ermənistanın da Azərbaycan vasitəsilə Rusiya və İranla dəmiryol rabitəsi yaradılacaq. Regionun gələcək inkişafı və təhlükəsizliyi baxımından kommunikasiya xətlərinin bərpası çox önəmlidir. Bu proses həm də Ermənistanın gələcəkdə Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün əlavə imkanlar yarada bilər”.

“Ermənistan Baş nazirinin şikayətlənməsindən belə çıxdı ki, Azərbaycan tərəfi Xocavənddə diversiya hücumu təşkil edən erməni silahlılarının geri qaytarılmasına razılaşmayıb. Belə də olmalı idi, çünki onlar hərbi əsir yox, terrorçulardır. Azərbaycan dövlətinin bu məsələdə sərt mövqe ortaya qoyması gələcəkdə Qarabağdakı erməniləri anoloji təxribatlara əl atmasından çəkindirəcək”, - Əhmədli qeyd edib.

Ekspert əmindir ki, Paşinyanın status məsələsinin öz həllini tapmamasından şikayətlənməsi onun məyusluğunun göstəricisidir: “Ümumiyyətlə, Rusiya və Azərbaycan prezidentlərinin kifayət qədər nikbin açıqlamalarından belə nəticə çıxır ki, status məsələsi tamamilə tarixə qovuşub. Hesab edirəm ki, Paşinyanın mətbuat konfransında status və hərbi əsirlərlə bağlı məsələni dilə gətirməsi Ermənistanda onu gözləyən təzyiqlərdən yaxa qurtarmaq məqsədi daşıyır. Paşinyan sanki müxalifətə belə bir mesaj çatdırır ki, söz verdiyi kimi, hər iki məsələni qaldırıb, lakin arzu etdiyi nəticəni ala bilməyib. Ümumilikdə, Moskva görüşünü Azərbaycanın irəliyə doğru daha bir addımı saymaq olar”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Üçtərəfli bəyanat Azərbaycanın maraqlarına xidmət edir” - Ermənistan müxalifəti

    “Üçtərəfli bəyanat Azərbaycanın maraqlarına ...

    12-01-2021, 13:04

  • 
  • Moskva görüşünün nəticəsi: Rahatlıq da var, narahatlıq da - GƏLİŞMƏ

    Moskva görüşünün nəticəsi: Rahatlıq da var, ...

    12-01-2021, 11:42

  • 
  • Bu gün Moskvada Qarabağ üzrə danışıqlar aparılacaq

    Bu gün Moskvada Qarabağ üzrə danışıqlar aparılacaq ...

    11-01-2021, 10:49

  • 
  • Azərbaycanın qələbəsinin, Ermənistanın məğlubiyyətinin 1 ayı tamam oldu

    Azərbaycanın qələbəsinin, Ermənistanın ...

    10-12-2020, 11:30

  • 
  • Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə danışıqları haqda - ŞƏRH

    Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə ...

    2-10-2018, 14:26

  • 
  • Həmsədrlər İlham Əliyevlə görüşməyə gəldi

    Həmsədrlər İlham Əliyevlə görüşməyə gəldi ...

    15-12-2013, 12:30



Bu sayımız

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Yanvar 2021 (251)
Dekabr 2020 (582)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (678)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (595)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (353)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu