Gundemxeber.az » Siyasət » Səhifə 392
Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü keçiriləcək. Görüşün məqsədi hərtərəfli regional əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorini qəbul edərkən bildirib.
Martın 7-də Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun həmsədrləri, deputatlar Makallister və Makavan Rusiya və Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat veriblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 9-da Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.
Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın bacısı qızı Elmira Rəhimova martın 7-də Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırılıb. Rəhimova orada bir saatadək sorğu-sual edildikdən sonra azad buraxılıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini nəzərdə tutan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
REAL Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək. Amma üzvlərinin kütləvi tədbirlərdə öz vətəndaş hüquqlarından istifadə etmələrini öz qərarlarına buraxır. Bu barədə REAL-ın kütləvi aksiyalarla bağlı mövqeyində deyilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?