Polis və təhlükəsizlik qüvvələri bu gün səhər Tehranda Ayətullah Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib.
gundemxeber.az report-a istinadən xəbər verir ki, məqbərənin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb.
Xatırladaq ki, Tehranda Xomeyninin məqbərəsinə hücum həyata keçirilib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb. İranın daxili işlər naziri Rəhmani Fəzli ölkə parlamenti və məqbərəyə hücumların səbəblərinin araşdırılması üçün bu gün Tehranda Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?