GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » “Qohumlarımın mülkünü satıb vəzifə almaq istəyirdim...”

“Qohumlarımın mülkünü satıb vəzifə almaq istəyirdim...”

Tarix: 4-11-2014, 11:41 Bölmə :--- Baxış: 1 047
“Qohumlarımın mülkünü satıb vəzifə almaq istəyirdim...”
Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi ilə davam etdirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak etmək üçün Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, fasilədən sonra - günün ikinci yarısında məhkəmə prosesində zərərçəkmiş Ramazan Səlimov ifadə verib.

Bundan sonra sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulov məhkəməyə bəzi sənədlər təqdim edib. Sənədlərdən biri də məhkəmə işində adı keçən bağ evi ilə bağlı olub.

Bağın sahibi Nərminə Quliyeva ifadəsində göstərib ki, Mərdəkan qəsəbəsində yerləşən 1391 saylı bağı R.Səlimovdan 1 milyon 100 min manata deyil, 40 min dollara alıb. R.Səlimov isə bağını satdığını, həmin puldan sabiq vəkil Həsən Əliyevə verdiyini iddia edirdi.

N.Quliyeva ifadəsində daha sonra deyib ki, R,Səlimov ona qarşı dələduzluq edib. Buna görə polisə də müraciət edib.

Ramazan Səlimovun vəkili isə qadını yalan danışmaqda ittiham edib və məhkəməyə müraciət edəcəklərini deyib.

Bununla da proses noyabrın 17-dək təxirə salınıb.

* * *13:42

Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Prosesə hakim Mübariz Məmmədov sədrlik edir.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak etmək üçün Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş Ramazan Səlimov sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulovun suallarını cavablandırmalı idi.

Lakin H.Əliyevin vəkilinin suallarını cavablandırmaq istəməyən R.Səlimov istintaqa ətraflı ifadə verdiyini və ötən məhkəmə prosesində də sərbəst şəkildə ifadə verdiyini dedi. Bununla belə vəkil suallarına cavab verilməsini tələb etdi.

Vəkil S.Rəsulov R.Səlimova öncə belə sual verdi: “Siz Həsən Əliyevə verdiyinizi iddia etdiyiniz 1 milyon manatı haradan əldə etmişdiniz?”

R.Səlimov isə cavabında həmin pulu 29 sot torpağını və evini sataraq əldə etdiyini dedi.

Vəkilin “satdığınız mülklər öz adınıza olubmu” sualına isə R.Səlimovun cavabı belə oldu: “Yox, qohumlarımın adına olub”.

S.Rəsulov R.Səlimovdan istintaqa verdiyi ifadəni təsdiqləyib-təsdiqləmədiyini soruşdu. R.Səlimov ifadəsinin bir hissəsini təsdiqlədiyini, qalan hissəsinin isə onun adından yazıldığını dedi.

Müxbirimiz xəbər verir ki, onlara çəkiliş üçün icazə verilməyib. Hazırda məhkəmədə fasilədir.

Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib.

Həsən Əliyev

Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. R.Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

Qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.

2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

Səbəb məhkəmə sistemində indiyə qədər görünməyən hadisə idi - hakim onun vəzifəsinə daxil olmayan “iş”in güdazına getmişdi. Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş hakim məhkəmə zalında həbs edildi

    Keçmiş hakim məhkəmə zalında həbs edildi ...

    1-04-2015, 22:11

  • 
  • Sabiq deputatın oğlu məhkəmə qarşısında

    Sabiq deputatın oğlu məhkəmə qarşısında ...

    11-11-2014, 23:41

  • 
  • Gülər Əhmədovanın vəkili 17 vəsatət qaldırıb (Yenlilənib)

    Gülər Əhmədovanın vəkili 17 vəsatət qaldırıb ...

    23-01-2014, 16:54

  • 
  • Səfər Əbiyevin müvaini bəraət istəyir

    Səfər Əbiyevin müvaini bəraət istəyir ...

    1-06-2016, 21:23

  • 
  • Sabiq nazir müavini od püskürdü: “Səfər Əbiyev mənə az pul verdi, evimi satdım...”

    Sabiq nazir müavini od püskürdü: “Səfər Əbiyev ...

    22-09-2015, 21:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu